Skip to main content

Post Covid 19 dövründə qonaqpərvərlik sənayəsini formalaşdıracaq 4 əsas trend.


COVID 19-dən sonrakı dünyada səyahət və qrup mühitləri arasında yayılmış virus qorxusu səbəbindən qlobal qonaqpərvərlik sənayesi ən çox zərər görənlərdən oldu. Səyahət zamanı sosial məsafənin t
ətbiqi, beynəlxalq və şəhər sərhədlərinin bağlanması və uçuşların müvəqqəti ləğv edilməsi ilə əlaqədar  səyahət sənayesi ən ağır əks-səpkini yaşayır və bu aşağı meyl otellərin doluluğuna və gəlirlərinə çox təsir edir. Konsertlər, konfranslar, konqreslər və idman liqaları kimi tədbirlərin təxirə salınması və ləğvi də insanların səyahət planlarını ləğv etməsinə səbəb olan digər vacib amillərdəndir.

Tədqiqatlar onu göstərir ki qonaqpərvərlik sənayesi COVİD 19 dan əvvəlki vəziyyətə ən azı 2023 cü ilə qədər çatacaq. Bu kontekstdə qonaqpərvərlik sənayesini formalaşdıran yeni meyllər olacaqdır. bütün sahə oyunçularının işə qayıtdıqları zaman həll etmələri üçün yeni imkanlar və çətinliklər yaranacaq

1. Yerli turizmin yüksəlişi

İnsanlarla sosial məsafədən çəkinən istehlakçılar həm də təyyarə və avtobus kimi ümumi nəqliyyat vasitələrindən uzaq durmağa başladı. Bu səyahətçi qurupu daha sosial məsafə cəhətdən daha təhlükəsiz olan xüsusi nəqliyyat vəsitələri və qatarları seçirlər. Bu, onların seçimlərinin yerli, hətta regional turistik yerlərlə məhdudlaşacağı deməkdir. Bu çərçivədə, otellər marketinq səylərini yerli səyahətçilərə yönəldə bilər ki, bu da strategiya və büdcəyə əhəmiyyətli təsir göstərə bilər.

2.  “Off-the-beaten-track” üçün imkanlar

Pandemiyadan əvvəl  ağır turizm trafiği alan istiqamətlər bu statusu itirəcək, çünki getdikcə daha çox insan sıxlıqdan azad bölgələrə  səyahət etməyi üstün tutacaq. Xarici fəaliyyətlərə olan artan tələb ilə birlikdə bu, kənd turizmi / təbiət turizmi (active tourism) istiqamətindəki otellər üçün bir fürsət təqdim edəcəkdir. Düşərgə yerləri (camping zone), qonaq evləri(guest houses) və qayıq kirayəsi kimi alternativ qonaqlama yerləri də bu tendensiyadan faydalanacaqdır.

3. Müştəri gözləntilərindəki dəyişikliklər

 

İstənilən sahədəki müəssisələr üçün müştərilərinin və işçilərinin təhlükəsiz olmasını təmin etmək prioritet məsələ olacaq. Xüsusilə qonaqpərvərlik üçün, bir oteldə qaldıqda öz evlərində olduğu qədər rahat ola biləcəkləri şəkildə müştərilərin təhlükəsizliyini təmin etmək, xidmətlərdə gigiyenik qaydaları qorumaq vacib olacaq.  Qlobal bir pandemiya kontekstində səyahətçilər təhlükəsizlik tədbirləri üçün mümkün olan ən səviyyəni seçəcəklər. 5 böyük bazarda aparılan sorğu əsasən, bu dövrdə müştərilərin daha sıx otaq təmizliyindən  müxtəlif təhlükəsizlik və gigiyena tədbirlərinədək hər incə detala fikir verəcəklər. OTA və digər turizm agentlikləri müştərilərə otel təkliflərində, həmin otelin hansı təmizlik və gigiyenik sertifikatlara malik olması haqqında geniş məlumatlar verəcək.

Bunu tez həll etmək üçün bir çox otel, tutumun azaldılması, bufetlərin bağlanması və restoranlarda masalar arasındakı məsafənin artırılması, qoruyucu maskaların işçilər və qonaqlar üçün bir tələb formasına çevrilməsi, təmizlik işçilərinin və tezliyinin artırılması kimi yeni təhlükəsizlik tədbirləri ala bilər. Çox tutumlu böyük otel yerlərində hər kəsin bir-birindən etibarlı şəkildə məsafə saxladığına əmin olmaq üçün qonağın qoluna taxılan cihazlardan istifadə edilə bilər. Bu cihazların istifadəsi ilə otel qonaqları və işçiləri sosial məsafəni pozduqları zaman cihaz həmin şəxsi xəbardar edə bilər.

*Həmin cihaz paylaşılan şəkildə…

4. Qonaqla düzgün ünsiyyət vacib (Qonağa inam aşılamaq)

 

Lazımi təhlükəsizlik tədbirlərinin görülməsi vacib olsa da, otelinizin qonaqlarınızı necə qoruya biləcəyiz barədə məlumat almaq, tələbi artırmaq və gözləntiləri idarə etmək çox vacibdir. İnsan sağlamlığı təhlükə altındaykən, bütün qonaqlama təminatçılarına  pandemiya dövründəki fəaliyyətlərində şəffaf  yanaşmaq lazımdır. Otellər, qonaqlarının ən yaxşı təcrübələrin nə olduğunu bildiyindən əmin olaraq, virusla bağlı daim inkişaf edən məlumatları yaxşı bilməlidir. İnam aşılamaq və tələbi artırmaq üçün obyektlərin  təmizliyi qonağa yaxşı bir şəkildə çatdırılmalıdır. Bunun sağlamlıq və təhlükəsizlik sertifikatı ilə dəstəklənməsi müştərinin inamını daha da artıra bilər. Bu, qonaqpərvərliyin marketinq funksiyası üçün yeni bir həll gətirə bilər.

Mənbə: Boniglobal.com

Blogun yazarı: Misra Ozbek

Comments

Popular posts from this blog

Airbnb-nin yüksəlişi və otelçiliyin gələcəyi

 Airbnb-nin y üksəlişi və otelçiliyin gələcəyi Son 20 ildə internet aləmində başverən irəlləyişin ən çox təsir etdiyi sektorlardan birisi, heç şüphəsiz, turizm sektoru oldu. İnkişaf edən texnologiyalar, mobil cihazların inkişafı və insanların daha çox səyahət etməyə başlaması, sektorda yenilikçi həllərin artmasına yol açdı. Bu yeni həllərin biri də Airbnb idi. İnternet saytı üzərindən sistemə qeyd olan istifadəçilərin, evlərini və ya evlərinin otaqlarını kirayə edə bildiyi Airbnb nin gündən-gübə inkişaf edir. Texniki olaraq,otel rezervasyonu etməkdən fərqi olmayan sistemin, ilk əvvələrdə otel sənayesinə təsir etməyəcəyi düşünülürdü. Ucuz səyahət yollarını axtaran və Couchsurfing ya da Workaway kimi alternativ qonaqlama yöntəmlərini tərcih edən kütlənin xaricinə çıxmayacağı ön görülən Airbnb son illərdə göstərdiyi uğurlarla bu öngörünü boşa çıxardı.  Airbnb ilə bağlı bəzi statistikalar 2008 ci ildə bəsit girişim olaraq ortaya çıxan,   2017 ci il statist...

Restoran sahəsində CRM

Restoran sahəsində CRM (Customer relationship management) Bugünlərdə CRM çox yüksək sürətlə inkişaf eləməyə başlayır. Hər kəs CRM-nin nə olduğunu və nə edə biləcəyini dəqiq şəkildə anlamağa çalışır. Bacarıqlarını və potensialını tam dərk etməyə çalışır. Ancaq hər kəs işin korporativ tərəfini müzakirə edir. Bununla birlikdə, istifadəçi tərəfində CRM-i anlamaq və izah etmək məlumat, statistika və təhlildən daha asandır. CRM bəlkə də insanların tək bir xüsusiyyətini aşmağa çal ışır: “Qavrayışda seçmə”. Həyatımız boyu demək olar ki, hər hansı bir əlaqə vasitəsi ilə çox sayda reklam, kampaniya, təklif və elanlara məruz qalırıq. Nəticədə bu mesajlara immunitetimiz yaranır. Özünüzü düşünün; Elektron poçtunuzda aldığınız reklam mesajlarının neçəsi açılır və oxunur? Gələn SMS-lər haqqında? Televiziya və ya radioda neçə reklamı diqqətlə dinləyir və ya izləyirsiniz? Bizi maraqlandırmayan şeylərə əhəmiyyət vermirik. Qulaq asmırıq. oxumuruq. Heç vaxt almağı düşünməmiş bi...

Texniki Şöbə Prosedurları

Texniki Şöbə Prosedurları   Satınalma proseduru; Müvafiq mal və materialın sifariş üçün Technical Office İşçisi qeydlərini apararaq hansı Texniki hissəyə mal və materialın lazım olduğunu aydınlaşdırdıqdan sonra Technical Manager ilə razılaşdırır. MC üzərindən bütün mal və materiallar sifariş olunur. Əgər tələb olunan mal və materialın adı program üzərində yoxdursa, aidiyyatı şöbə tərəfindən yeni ad sistemə daxil edilir. Sifariş edildikdən sonra Satınalmaçı tərəfində bazar araşdırması aparılır və qiymət razılaşdırılması həyata keçirilir. General Manager in təsdiqi ilə satınalma həyata keçirilir. Alınmış mal və materialın qəbulu Anbar tərəfindən həyata keçirilir. Texniki şöbə əməkdaşlarının iştirakı ilə alınmış mal və materialın keyfiyyət dərəcəsi qiymətləndirilir. Əgər alınmış mal və material tam şəkildə uyğun gəlirsə, Technical Offise İşçisi tərəfində Anbar a tələb forması açılaraq mal və materiallar Texniki Şöbə anbarına çəkilir və artıq Texniki şöbənin səlahiyyətləri və məsuliyyə...