Skip to main content

Texniki Şöbə Prosedurları



Texniki Şöbə Prosedurları 

Satınalma proseduru;

Müvafiq mal və materialın sifariş üçün Technical Office İşçisi qeydlərini apararaq hansı Texniki hissəyə mal və materialın lazım olduğunu aydınlaşdırdıqdan sonra Technical Manager ilə razılaşdırır.

MC üzərindən bütün mal və materiallar sifariş olunur. Əgər tələb olunan mal və materialın adı program üzərində yoxdursa, aidiyyatı şöbə tərəfindən yeni ad sistemə daxil edilir.

Sifariş edildikdən sonra Satınalmaçı tərəfində bazar araşdırması aparılır və qiymət razılaşdırılması həyata keçirilir.
General Manager in təsdiqi ilə satınalma həyata keçirilir.

Alınmış mal və materialın qəbulu Anbar tərəfindən həyata keçirilir. Texniki şöbə əməkdaşlarının iştirakı ilə alınmış mal və materialın keyfiyyət dərəcəsi qiymətləndirilir. Əgər alınmış mal və material tam şəkildə uyğun gəlirsə, Technical Offise İşçisi tərəfində Anbar a tələb forması açılaraq mal və materiallar Texniki Şöbə anbarına çəkilir və artıq Texniki şöbənin səlahiyyətləri və məsuliyyəti altında olur.

Həftəlik və aylıq sayımlarda alınmış, istifadə olunmuş və qalıq mal və material Technical Office İşçisi tərəfindən qarşılaşdırılır və Technical Manager ə təqdim olunur.


ANBARA NƏZARƏT PROSEDURU;

Texniki şöbəyə aid Anbar Technical Office İşçisi məsuliyyəti altında olaraq tam şəkildə nəzarətdə saxlanılır.

Gündəlik olaraq Qəza formalarına uyğun olaraq görüləcək işlərin tam şəkildə mal və material ilə təmin olunması üçün Technical Office İşçisi tərəfindən şəxsi personal təmin olunur və lazımi qeydlər Anbar Material Kitabında eləcədə Qəza formalarında ayrılmış xüsusi xanada qeyd olunur.

Həftəlik olaraq Anbar təmizliyi həyata keçirilir.

Aylıq sayım nəticəsində Anbarda olan mal və material Mühasibatlıq şöbəsi tərəfindən sayılaraq yekunlaşdırılır və aktlaşdırılaraq Müdiriyyətə təqdim olunur.
Texniki şöbəyə məxsus Anbara kənar şəxslərin giriş və çıxışı qadağandır.

INVERTAR;

Illik olaraq Mühasibatlıq şöbəsi tərəfindən bütün şöbələrə məxsus invertar mallar (əl alətləri, texniki qurğular, otel otaqlarına məxsus əşyalar və s.) sayılır. (həmçinin Texniki şöbədə)

İl ərzində bütün şöbələrdən Texniki şöbəyə daxil olan invertar mallar təmiri Technical Office İşçisi tərəfindən aktlaşdırılır. Təmirə yararsız və yaxud bərpa olunmayan əşyalarla bağlı aidiyyatı şöbəyə yazılı şəkildə məlumat verilir.

İl sonu invertar malların şöbələr arasında sayımı sonunda təmirə yararsız və ya qırılmış invertar mallar MC programı üzərindən AKT əsasında Mühasibatlıq şöbəsi tərəfindən adı çəkilən şöbənin invertar siyahısından çıxarılır.


Qəza baxış formu
• QƏZA baxış formu Texniki şöbənin digər şöbələrlə işinin qarşılıqlı aktlaşdırılması üçün yaradılmış və tam şəkildə görülmüş işlərin təsvirində ibarət bir formadır.
• QƏZA baxış formu olmadan Texniki şöbə əməkdaşları təmir işləri həyata keçirtmirlər. (Təcili sifariş və ya tələb olmarsa – bu halda QƏZA baxış formu icraatdan sonra tutulur).
• QƏZA baxış formu digər şöbələr tərəfindən işin təsviri və lazımi qeydlərin aparılması şəklində Technical Office İşçisi nə təqdim olunur və imzalanaraq bir nüsxəsi geri verilir.
• QƏZA baxış formunda qeyd olunmuş təmir işləri
yekunlaşdırıldıqdan sonra Texniki şöbə əməkdaşları tərəfindən görülmüş işin təsviri və istifadə olunmuş mal və materialların siyahısı ilə birlikdə imazalanır və Technical Office İşçisinə təqdim olunur..
Hər ay sonunda Anbar sayımının şəffaflığı üçün QƏZA baxış formaları toplanaraq bir nüsxəsi Mühasibatlıq şöbəsinə təqdim olunur.
Servis xidmətləri;
• Gündəlik olaraq Otel zibil tullantıları məsul şirkət tərəfindən alınır. Lazımi aktlaşma ay sonunda tutularaq Mühasibatlıq şöbəsinə təqdim olunur.
• Aylıq olaraq Otel liftləri məsul şirkət tərəfindən service olunaraq, baxış keçirilir və qeydiyyat dəftərində qeyd olunur. Lazımi aktlaşma tutularaq Mühasibatlıq şöbəsinə təqdim olunur.
• Aylıq olaraq Otel Dezinfeksiya olunması üçün məsul şirkət tərəfindən service olunaraq, baxış keçirilir və qeydiyyat dəftərində qeyd olunur. Lazımi aktlaşma tutularaq Mühasibatlıq şöbəsinə təqdim olunur.
• Rüblük olaraq Yanğın Siqnalizasiya Sistemi məsul şirkət tərəfindən service olunaraq, baxış keçirilir və qeydiyyat dəftərində qeyd olunur. Lazımi aktlaşma tutularaq Mühasibatlıq şöbəsinə təqdim olunur.
• Rüblük olaraq Otel fasad aydınlatması məsul şirkət tərəfindən service olunaraq, baxış keçirilir və qeydiyyat dəftərində qeyd olunur. Lazımi aktlaşma tutularaq
Mühasibatlıq şöbəsinə təqdim olunur.
• 6 ayda bir Qazanxana (isti su təsisatı qazanları) məsul şirkət tərəfindən service olunaraq, baxış keçirilir və qeydiyyat dəftərində qeyd olunur. Lazımi aktlaşma tutularaq Mühasibatlıq şöbəsinə təqdim olunur.
• 6 ayda bir Otel generatorları məsul şirkət tərəfindən service olunaraq, baxış keçirilir və qeydiyyat dəftərində qeyd olunur. Lazımi aktlaşma tutularaq Mühasibatlıq şöbəsinə təqdim olunur.
• 6 ayda bir Otel transformatorları məsul şirkət tərəfindən service olunaraq, baxış keçirilir və qeydiyyat dəftərində qeyd olunur. Lazımi aktlaşma tutularaq Mühasibatlıq şöbəsinə təqdim olunur.
• 6 ayda bir Otel fasad şüşələri və alcopon örtüyü məsul şirkət tərəfindən yuyularaq service olunur və qeydiyyat dəftərində qeyd olunur. Lazımi aktlaşma tutularaq Mühasibatlıq şöbəsinə təqdim olunur.
Təlim və tədris prosesi ;
Aylıq olaraq Texniki şöbə heyyəti üçün təlim – tədris programı Technical Manager tərəfindən hazırlarnır. Müvafiq təlim əsasında ayda 4 dəfədən az olmamaq şərti ilə Texniki personala təlimlər keçirilir.
6 ayda bir Texniki şöbə və Əməyin və Sağlamlığım Təhlükəsizliyi Rəisinin birgə səyi nəticəsində Otel personalına Yanğından mühafizə, İlk Təcili Tibbi Yardım və Əməyin təhlükəsizliyi mövzusunda təlimlər keçirilir.
Rüblük olaraq İnsan Qaynaqları şöbəsinin müdiri tərəfindən Texniki şöbə əməkdaşlarına Otel standartları və onda baş verən dəyişikliklər, eləcədə geyim, davranış, gigiyena və s. Mövzularda təlimlər keçirilir.
Keçirilmiş hər bir təlim Texniki şöbə işçilərinin imzası ilə İştirak Blankında qeydə alınır və aktlaşdırılır.
Yanğın prosesi;
Otel Yanğın Briqadası texniki şöbənin bu sahədə təlim görmüş personalı tərəfindən yaradılır.
Yanğın briqadası 3 qrupdan ibarət olmalıdır
1. 1 ci Yanğın Briqadası (gündüz növbəsində olan işçilərdən yaradılır).
2. 2 ci Yanğın Briqadası (axşam növbəsində olan işçilərdən yaradılır).
3. 3 cü Ehtiyyat Yanğın Briqadası (gündüz və axşam növbəsində olan işçilərdən yaradılır).
Yanğın Briqadasının rəhbəri Technical Manager təyin olunur.
Yanğın Briqadasına nəzarət Əməyin və Sağlamlığım Təhlükəsizliyi Rəisi tərəfindən həyata keçirilir və vaxtaşırı olaraq təlimləndirilirlər.

Əgər yanğın baş veribsə...

Yanğın təhlükəsizliyi qaydaları hər bir obyektdə onun yanğın təhlükəsizliyi təlimatının işlənib hazırlanmasını və rəhbər şəxsin əmri ilə təsdiqini tələb edir.

Yanğın təhlükəsizliyi təlimatında yanğına qarşı rejimin aşağıdakı məsələləri öz əksini tapmalıdır:

- ərazi, bina və otaqların, eləcədə təxliyə yollarının saxlanması qaydası;

- texnoloji proses, avadanlıqlarınistismarı, yanğın təhlükəli işlərin aparılması zamanı yanğın təhlükəsizliyinin təminatı üzrə tədbirlər;

 - partlayış-yanğın təhlükəli maddə və yanma təhlükəsi olan maddə və materialların saxlanması və nəqli qayda və normaları;

- siqaret çəkmə, açıq oddan istifadə və odlu işlərin aparılması yerləri;

- yanar maddə və materialların yığımı, saxlanması və kənarlaşdırılması, xüsusi geyimin saxlanması qaydaları;

- kənara çıxması yanğın və partlayışla nəticələnə bilən nəzarət-ölçü cihazlarının (manometr, termometr vəs.) son hədd göstəriciləri;

- yanğın zamanı işçilərin vəzifələri və davranışı, eyni zamanda:

- yanğın dəstəsinin çağırılması qaydaları;

- texnoloji avadanlığın qəzalı dayandırılma üsulu;

- ventilyasiya və elektrik avadanlığının ayrılması üsulu;

- yanğınsöndürmə vasitələrinin və yanğın avtomatikası qurğularının istifadəsi qaydaları;

- yanar maddə və maddi sərvətlərin təxliyə qaydaları;

- müəssisənin (idarənin) bütün otaq və ərazilərinə baxış və yanğın-partlayışdan təhlükəsiz vəziyyətə gətirilməsi qaydaları.

Yanğın təhlükəsizliyi qaydaları və yanğın təhlükəsizliyi ölçüləri hər hansı bir obyektdə yanğına qarşı rejimin yaradılmasına və saxlanmasına yönələrək, burada yanğından qaçmağa şərait yaradır.

Yanğın baş veribsə və yanan otaqlarda insan görürsünüzsə:

1. Dərhal yanğınsöndürmə dəstəsinə 101 nömrəsini yığmaqla - zəng vurun.

2. Qüvvənizə arxalanırsınızsa və yanğın birinci mərtəbədə baş veribsə, qapı və pəncərəni təpiklə vurub açmağa cəhd edin. Bu zaman qapı və pəncərə yerindən kənarda durun ki, qəflət alovun şiddətlənməsi sizi tutmasın. Otağa tüstü dolursa, hər hansı bir bezi nəmləndirərək nəfəs yollarınıza tutun və aşağı əyilərək otaqdan çıxmağa çalışın. Tüstülənmə yerlərini keçərkən bacardıqca nəfəsinizi saxlayın.

3. Vaxtınızı yanma ocağının aşkar edilməsinə və alovun söndürülməsinə sərf etməyin.Yadda saxlayın ki, bu şəraitdə insanların xilas edilməsi daha önəmlidir.

4. Yanan otağa girmədən orada kimin, neçə nəfərin olduğunu müəyyən edin. Otaqda uşaqlar varsa onları bucaqlarda, masa, çarpayı altında axtarın, qoca və əlillər isə adətən çarpayıda və ya döşəməyə düşmüş olur.

5. İnsanları aşkar etdikdə onları dərhal çölə çıxarın.

6. Zərərçəkmişlərə tibbi yardım dəstəsi hadisə yerinə yetişənədək bacardığınız köməyi edin.

Hər vasitə ilə insanlarda təşviş,panika hallarının qarşısını alın. Belə hadisələr zamanı panika ancaq mənfi rol oynaya, fəlakəti dərinləşdirə bilər.  Yanğın baş verdikdə təşvişə düşməyin, özünüzü sakit aparın. Yaranmış vəziyyəti düzgün qiymətləndirərək çıxış yolları axtarın.

Yanğın çoxmərtəbəli binada baş vermişsə, oraya girməzdən əvvəl istiqaməti, əsas və ehtiyat çıxışları yadda saxlamağa çalışın. Uşaq və qadınları xilas etdikdə, panika, qorxu hissləri xüsusilə yolverilməzdir. Yanma ocağının yerini müəyyənləşdirdikdə, insanları əks səmtdə çıxarmaq lazımdır. İrəli yüyürərkən uşaq və qadınlara kömək edin, qorxudan süstləşmiş insanlara yardım edin, onlarla sakit, lakin qətiyyətlə danışın.Tüstülənmə konsentrasiyası çox olan yerlərə girməyin, uşaqları qoruyun.

Yanğın zamanı liftdən istifadə etməyin. Divarlardan, tutacaqlardan tutaraq irəliyə hərəkət edin. Tüstü və hərarət artırsa, dərhal geriyə dönün, deməli siz təhlükəli zonaya yaxınlaşırsınız. Alovlu və tustülü yerlərdən keçməli olduqda islanmış bez ilə nəfəs yollarınızı, qalın paltar və hətta yorğan, xalça ilə isə bədəninizi yanmadan qoruyun.

YANĞIN SÖNDÜRMƏ CİHAZLARI
Yanğınların söndürülməsində yanğın söndürmə cihazlarından geniş istifadə olunur. Yanğın söndürmə cihazlarının müxtəlif növləri olsa da, onların hamısından yanğınların ilkin mərhələsində istifadə edilir. Yanğın söndürmə cihazının tipini potensial alışan maddənin tipinə və şəraitə uyğun olaraq seçilməlidir. Yanğın söndürən cihazlar , tez istifadə olunacaq bir yerdə yerləşdirilməlidir.
Yanğın söndürmə cihazlarının tipləri:
Sulu yanğın söndürücülərin tərkibində olan su güclü təzyiqlə odun üzərinə vurulur və bir dəfə açılaraq, axıradək istifadə olunur.
Toz şəkilli maddələr olan yanğın söndürücülərin tərkibində natrium bikarbonat var. O, havada olan oksigenin yanan maddəyə çatmasına mane olur. İstənilən halda istifadə edilə bilər. Amma yadda saxlamaq lazımdır ki, yerə səpilmiş tozları səliqəli təmizləmək lazımdır. Bu tip yanğın söndürücülər həm effektivliyinə, həm də qiymətinə görə sərfəlidir, maşında rahat gəzdirilir. Amma nəzərə almaq lazımdır ki, bu cür yanğın söndürücülərdən qapalı yerlərdə istifadə etdikdə tənəffüs orqanlarına zərər vurmaq olar.
Köpük yaradan kimyəvi tərkibli yanğın söndürücülərin tərkibində olan kimyəvi maddələr hava ilə təmasa girdikdə karbonat anhidridi əmələ gəlir ki, o da yanan maddənin üzərini pərdə kimi örtür. Bundan başqa köpüyün maye hissəsi buxarlanır və istiliyi udaraq yanacağı soyudur. Onlardan maşınların və texnikanın olduğu yerdə istifadə etmək olmaz.
Karbonatlı yanğın söndürücülərin tərkibində karbon anhidridi var. O, istənilən yanğın hadisəsi üçün idealdır və heç bir texnikanı və materialı korlamır. Karbon anhidridi elektrik keçiriciliyinə təsir etmədiyi üçün ondan elektrik cihazlarında, yüksək gərginlikli elektrik xətlərində olan yanğınlarda istifadə etmək olar. Balonda olan sıxılmış qaz istifadə zamanı güclü soyudulma effekti yaradır, hissəvi olaraq quru buza çevrilməklə istiliyin çox hissəsini özünə çəkir. Bu yanğın söndürücülər zərər vermədiyi üçün onlardan şəkillərin, kitab, xalçalar və digər dəyərli əşyaların olduğu yerdə əminliklə istifadə etmək olar. Yanğın söndürücüdən xaric olan qaz toksiki deyil, amma boğulma yarada bilər. Buna görə də onlar istifadə olunduğu yerlərdə nəzarət altında olmalıdır.
Yanğın söndürücülərin daha bir növü universal vasitə olub yanan mayelərdə, düz olmayan səthlərdə (avtomobil mühərriki, mətbəə, yüksək gərginlikli elektrik cihazları, bahalı və mürəkkəb texnikalar, təyyarələr) yaranan yanğınlarda istifadə edilir. Bu yanğın söndürücülər toksiki olduğu üçün havalanmayan mühitlərdə istifadə edilməməlidir. Bu tip yanğın söndürücülər digər tiplərə nisbətən bahalı olduğu üçün az istifadə edilir.
İlkin yanğınsöndürmə cihazlarına aşağıdakılar aid edilir: yanğınsöndürmə balonları, yanğın söndürmə şitləri, yanğınsöndürmə şlanqları, yerüstü və yeraltı hidrantlar, köpük generatorları, avtomatik yanğınsöndürmə sistemləri, yanğın aksessuarları.

Comments

Popular posts from this blog

Airbnb-nin yüksəlişi və otelçiliyin gələcəyi

 Airbnb-nin y üksəlişi və otelçiliyin gələcəyi Son 20 ildə internet aləmində başverən irəlləyişin ən çox təsir etdiyi sektorlardan birisi, heç şüphəsiz, turizm sektoru oldu. İnkişaf edən texnologiyalar, mobil cihazların inkişafı və insanların daha çox səyahət etməyə başlaması, sektorda yenilikçi həllərin artmasına yol açdı. Bu yeni həllərin biri də Airbnb idi. İnternet saytı üzərindən sistemə qeyd olan istifadəçilərin, evlərini və ya evlərinin otaqlarını kirayə edə bildiyi Airbnb nin gündən-gübə inkişaf edir. Texniki olaraq,otel rezervasyonu etməkdən fərqi olmayan sistemin, ilk əvvələrdə otel sənayesinə təsir etməyəcəyi düşünülürdü. Ucuz səyahət yollarını axtaran və Couchsurfing ya da Workaway kimi alternativ qonaqlama yöntəmlərini tərcih edən kütlənin xaricinə çıxmayacağı ön görülən Airbnb son illərdə göstərdiyi uğurlarla bu öngörünü boşa çıxardı.  Airbnb ilə bağlı bəzi statistikalar 2008 ci ildə bəsit girişim olaraq ortaya çıxan,   2017 ci il statist...

Kritik Nəzarət Nöqtələri (KKN) - Düzəldici fəaliyyət proseduru HACCP

Kritik Nəzarət Nöqtələri  (KKN) - Düzəldici fəaliyyət proseduru (SOP) Şöbə : Qida və içki Bölmə:   Mətbəx ✦   KKN – 1 Materialın depoya qəbulu ilə bağlı düzəldici fəaliyyət İdarənin üst idarəçiləri tərəfindən qəbul edilmiş “ Material keyfiyyət qəbul kriteriyaları listi” nə görə edilən müayinə   sonunda qəbul kriteriyalarına yararsız materiallar qəbul edilməz, firmaya geri qaytarılar. Bu məsələlərlə bağlı "Təchizatçı Qeyri-Uyğunluq Forması" şirkətə ünvanlanır. Oteldə daxil olan materiala təcili ehtiyac olarsa, tələb olunan (ehtiyac) hissələr alınır və " Təchizatçı Qeyri-Uyğunluq Forması " ilə xəbərdarlıq edilir. Bununla birlikdə, gələn materialın çatdırılma temperaturu istənilən dəyərlərdə deyilsə və son istifadə tarixi keçərsə, mallar heç bir şəkildə alınmayaraq və geri qaytarılır.     ✦  KKN – 2 Soyuq otaqların istiliyinin ölçülməsi ilə əlaqəli düzəldici fəaliyyət Soyuq hava depolarının istiliyi gündə 3 dəfə ölçülür. Soyuq hava depoların...

Post Covid 19 dövründə qonaqpərvərlik sənayəsini formalaşdıracaq 4 əsas trend.

COVID 19-dən sonrakı dünyada səyahət və qrup mühitləri arasında yayılmış virus qorxusu səbəbindən qlobal qonaqpərvərlik sənayesi ən çox zərər görənlərdən oldu. Səyahət zamanı sosial məsafənin t ətbiqi , beynəlxalq və şəhər sərhədlərinin bağlanması və uçuşların müvəqqəti ləğv edilməsi ilə əlaqədar  səyahət sənayesi ən ağır əks-səpkini yaşayır və bu aşağı meyl otellərin doluluğuna və gəlirlərinə çox təsir edir. Konsertlər, konfranslar, konqreslər və idman liqaları kimi tədbirlərin təxirə salınması və ləğvi də insanların səyahət planlarını ləğv etməsinə səbəb olan digər vacib amillərdəndir. Tədqiqatlar onu göstərir ki qonaqpərvərlik sənayesi COVİD 19 dan əvvəlki vəziyyətə ən azı 2023 cü ilə qədər çatacaq. Bu kontekstdə qonaqpərvərlik sənayesini formalaşdıran yeni meyllər olacaqdır. bütün sahə oyunçularının işə qayıtdıqları zaman həll etmələri üçün yeni imkanlar və çətinliklər yaranacaq 1. Yerli turizmin yüksəlişi İnsanlarla sosial məsafədən çəkinən istehlakçılar həm də təyyarə v...