Skip to main content

Airbnb-nin yüksəlişi və otelçiliyin gələcəyi


 Airbnb-nin yüksəlişi və otelçiliyin gələcəyi

Son 20 ildə internet aləmində başverən irəlləyişin ən çox təsir etdiyi sektorlardan birisi, heç şüphəsiz, turizm sektoru oldu. İnkişaf edən texnologiyalar, mobil cihazların inkişafı və insanların daha çox səyahət etməyə başlaması, sektorda yenilikçi həllərin artmasına yol açdı. Bu yeni həllərin biri də Airbnb idi. İnternet saytı üzərindən sistemə qeyd olan istifadəçilərin, evlərini və ya evlərinin otaqlarını kirayə edə bildiyi Airbnb nin gündən-gübə inkişaf edir.

Texniki olaraq,otel rezervasyonu etməkdən fərqi olmayan sistemin, ilk əvvələrdə otel sənayesinə təsir etməyəcəyi düşünülürdü. Ucuz səyahət yollarını axtaran və Couchsurfing ya da Workaway kimi alternativ qonaqlama yöntəmlərini tərcih edən kütlənin xaricinə çıxmayacağı ön görülən Airbnb son illərdə göstərdiyi uğurlarla bu öngörünü boşa çıxardı.

 Airbnb ilə bağlı bəzi statistikalar

2008 ci ildə bəsit girişim olaraq ortaya çıxan,  2017 ci il statistikalarına görə aylıq 76 milyon ziyarətçi sayına keçən və  2020 ci ilədək 100 milyon qonaqlama sayını keçən Airbnb qonaqlama sənayesinin ən önəmli parçasına çevrilmişdir. Airbnb və ona bənzər platformalarına otel sənayesinin gələcyinə hansı şəkildə təsir edəcəyi bütün turizm sənayesinin marağındadır.

Turistlərin daha uyğun qiymətli qonaqlama yöntəmlərini seçməsi və Airbnb kimi alternatif kanallara yönəlməsi, otel sənayesi üçün bir təhdid olaraq alğılana bilər.  Buna misal olaraq Amerikanın konsultasiya və dəyərləndirmə şirkəti olan HVS-in 2015 ci ildə etdiyi bir araşdırmaya görə Airbnb Amerikada otellərin xalis gəlirini 450 milyon dollar aşağı çəkmişdir. Bu gəlir itkisinin niyı olduğu qida və içki və xidmət satışı kimi bağlantılı zərərlər və iştən çıxarmalar da göz önünə alındığında, 2007 ci ildə Brian Chesky və Joe Gebbia adlı otaq yoldaşlarının qaldıqları evin kirayesini ödəyə bilmələri üçün bu sadə fikrin turizm sənayesində yeni bir dönəmə başçılıq etdiyinin şahidi oluruq.

Airbnb müştərilərinə necə bir fərq təklif edir?

Medalyonun o biri üzünə baxdığımızda Airbnb nin otel sənayesinin inkişafına köməkçi olacağını da deyə bilərik. Bunun üçün Airbnb sisteminin analiz edilməsi və müştərilərinə necə çatdığını doğru bir şəkildə təsbit edilməsi gərəkir. İlk pillədə müştərilərin diqqətini çəkən yeganə ünsürün düşük qonaqlama qiymətləri olduğu düşünülsə də Airbnb yenilikçi addımlarla fərq yaratmağa çalışır. Bunlardan biridə Airbnb Experience-dir Bu kataqoriyanın altındakı seçimlər yoxlanıldığında qonaqlama imkanından əlavə təcrübələrdə satdığını görürük.  Katoqoriya altında  tətil fotolorınızın profosianal bir fotoqraf tərəfindən çekilməsindən döyüş sənədlərinin öyrlənilməsinə, qayıq sürməyi öyrənməkdən bonzai bitkisini budamağı öyrənməyə dək təcrübələr təklif edir. Airbnb bu sayədə yataq və yemək satan bir platformadan daha artığı olmağı hədəfləyir.

Qonaqlama sənayesi sürətli bir dəyişim keçirir. Səyahət alışqanlığına sahib olanların artması, şəhərlər və ölkələr arası əlaqələrin asandlaşması və sosial medianin güclənmısi kimi inkişaflar qonaqlama sənayesi tərəfindən yeni dəyişimlərin ortaya çıxmasına yol açır. Müştəri məmnuniyyətinin heç olmadığı qədər dəyər qazandığı günümüzdə qonaqlama sənayesinin nümayəndələrinin bu ehtiyacı doğru şəkildə idarə etməsi gərəkir. Airbnb və bənzəri platformaların müştərilərə qattığı dəyərin itirilmədən uyğulama alınması, dəyişən turist kütləsinə xitab edə bilmənin başlıca yollarından bir olaraq önə çıxır.
Buradan otellər və otel işlətməçilərini tərəfindən çıxarıla biləcək bir nəticə var. Airbnb və bənzəri platformalara rezervasiya komisiyası ödəmək istəməyən və ya daha az komisiya ödəmək istəyən otelçilər,  işlətmələrinə aid internet saytlarında təklif etdikləri təcrübəni öyrənməyə başlaya bilər. Otelin yalnız otaqlarını,  gözəl yeməklərini və ya hovuzunu önə çıxarmaq yerinə burada qonaqlayacaq qonaqlara yaşadılacaq təcrübələri önə çıxara bilərlər.


Comments

  1. Maraqlı təhlildir. qeyd: növbəti yazılarınızda orfoqrafik və qrammatik səhvləri düzəldib yerləşdirin)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Restoran sahəsində CRM

Restoran sahəsində CRM (Customer relationship management) Bugünlərdə CRM çox yüksək sürətlə inkişaf eləməyə başlayır. Hər kəs CRM-nin nə olduğunu və nə edə biləcəyini dəqiq şəkildə anlamağa çalışır. Bacarıqlarını və potensialını tam dərk etməyə çalışır. Ancaq hər kəs işin korporativ tərəfini müzakirə edir. Bununla birlikdə, istifadəçi tərəfində CRM-i anlamaq və izah etmək məlumat, statistika və təhlildən daha asandır. CRM bəlkə də insanların tək bir xüsusiyyətini aşmağa çal ışır: “Qavrayışda seçmə”. Həyatımız boyu demək olar ki, hər hansı bir əlaqə vasitəsi ilə çox sayda reklam, kampaniya, təklif və elanlara məruz qalırıq. Nəticədə bu mesajlara immunitetimiz yaranır. Özünüzü düşünün; Elektron poçtunuzda aldığınız reklam mesajlarının neçəsi açılır və oxunur? Gələn SMS-lər haqqında? Televiziya və ya radioda neçə reklamı diqqətlə dinləyir və ya izləyirsiniz? Bizi maraqlandırmayan şeylərə əhəmiyyət vermirik. Qulaq asmırıq. oxumuruq. Heç vaxt almağı düşünməmiş bi...

Texniki Şöbə Prosedurları

Texniki Şöbə Prosedurları   Satınalma proseduru; Müvafiq mal və materialın sifariş üçün Technical Office İşçisi qeydlərini apararaq hansı Texniki hissəyə mal və materialın lazım olduğunu aydınlaşdırdıqdan sonra Technical Manager ilə razılaşdırır. MC üzərindən bütün mal və materiallar sifariş olunur. Əgər tələb olunan mal və materialın adı program üzərində yoxdursa, aidiyyatı şöbə tərəfindən yeni ad sistemə daxil edilir. Sifariş edildikdən sonra Satınalmaçı tərəfində bazar araşdırması aparılır və qiymət razılaşdırılması həyata keçirilir. General Manager in təsdiqi ilə satınalma həyata keçirilir. Alınmış mal və materialın qəbulu Anbar tərəfindən həyata keçirilir. Texniki şöbə əməkdaşlarının iştirakı ilə alınmış mal və materialın keyfiyyət dərəcəsi qiymətləndirilir. Əgər alınmış mal və material tam şəkildə uyğun gəlirsə, Technical Offise İşçisi tərəfində Anbar a tələb forması açılaraq mal və materiallar Texniki Şöbə anbarına çəkilir və artıq Texniki şöbənin səlahiyyətləri və məsuliyyə...