Airbnb-nin
yüksəlişi və otelçiliyin gələcəyi
Son 20 ildə internet
aləmində başverən irəlləyişin ən çox təsir etdiyi sektorlardan birisi, heç şüphəsiz,
turizm sektoru oldu. İnkişaf edən texnologiyalar, mobil cihazların inkişafı və
insanların daha çox səyahət etməyə başlaması, sektorda yenilikçi həllərin
artmasına yol açdı. Bu yeni həllərin biri də Airbnb idi. İnternet saytı üzərindən
sistemə qeyd olan istifadəçilərin, evlərini və ya evlərinin otaqlarını kirayə
edə bildiyi Airbnb nin gündən-gübə inkişaf edir.
Texniki olaraq,otel
rezervasyonu etməkdən fərqi olmayan sistemin, ilk əvvələrdə otel sənayesinə təsir
etməyəcəyi düşünülürdü. Ucuz səyahət yollarını axtaran və Couchsurfing ya da Workaway
kimi alternativ qonaqlama yöntəmlərini tərcih edən kütlənin xaricinə
çıxmayacağı ön görülən Airbnb son illərdə göstərdiyi uğurlarla bu öngörünü boşa
çıxardı.
Airbnb ilə bağlı bəzi
statistikalar
2008 ci ildə bəsit
girişim olaraq ortaya çıxan, 2017 ci il
statistikalarına görə aylıq 76 milyon ziyarətçi sayına keçən və 2020 ci ilədək 100 milyon qonaqlama sayını
keçən Airbnb qonaqlama sənayesinin ən önəmli parçasına çevrilmişdir. Airbnb və
ona bənzər platformalarına otel sənayesinin gələcyinə hansı şəkildə təsir edəcəyi
bütün turizm sənayesinin marağındadır.
Turistlərin daha
uyğun qiymətli qonaqlama yöntəmlərini seçməsi və Airbnb kimi alternatif
kanallara yönəlməsi, otel sənayesi üçün bir təhdid olaraq alğılana bilər. Buna misal olaraq Amerikanın konsultasiya və dəyərləndirmə
şirkəti olan HVS-in 2015 ci ildə etdiyi bir araşdırmaya görə Airbnb Amerikada
otellərin xalis gəlirini 450 milyon dollar aşağı çəkmişdir. Bu gəlir itkisinin
niyı olduğu qida və içki və xidmət satışı kimi bağlantılı zərərlər və iştən
çıxarmalar da göz önünə alındığında, 2007 ci ildə Brian Chesky və Joe Gebbia
adlı otaq yoldaşlarının qaldıqları evin kirayesini ödəyə bilmələri üçün bu sadə
fikrin turizm sənayesində yeni bir dönəmə başçılıq etdiyinin şahidi oluruq.
Airbnb müştərilərinə necə bir fərq
təklif edir?
Medalyonun o biri
üzünə baxdığımızda Airbnb nin otel sənayesinin inkişafına köməkçi olacağını da
deyə bilərik. Bunun üçün Airbnb sisteminin analiz edilməsi və müştərilərinə necə
çatdığını doğru bir şəkildə təsbit edilməsi gərəkir. İlk pillədə müştərilərin
diqqətini çəkən yeganə ünsürün düşük qonaqlama qiymətləri olduğu düşünülsə də
Airbnb yenilikçi addımlarla fərq yaratmağa çalışır. Bunlardan biridə Airbnb
Experience-dir Bu kataqoriyanın altındakı seçimlər yoxlanıldığında qonaqlama
imkanından əlavə təcrübələrdə satdığını görürük. Katoqoriya altında tətil fotolorınızın profosianal bir fotoqraf
tərəfindən çekilməsindən döyüş sənədlərinin öyrlənilməsinə, qayıq sürməyi öyrənməkdən
bonzai bitkisini budamağı öyrənməyə dək təcrübələr təklif edir. Airbnb bu sayədə
yataq və yemək satan bir platformadan daha artığı olmağı hədəfləyir.
Qonaqlama sənayesi
sürətli bir dəyişim keçirir. Səyahət alışqanlığına sahib olanların artması,
şəhərlər və ölkələr arası əlaqələrin asandlaşması və sosial medianin güclənmısi
kimi inkişaflar qonaqlama sənayesi tərəfindən yeni dəyişimlərin ortaya
çıxmasına yol açır. Müştəri məmnuniyyətinin heç olmadığı qədər dəyər qazandığı
günümüzdə qonaqlama sənayesinin nümayəndələrinin bu ehtiyacı doğru şəkildə idarə
etməsi gərəkir. Airbnb və bənzəri platformaların müştərilərə qattığı dəyərin
itirilmədən uyğulama alınması, dəyişən turist kütləsinə xitab edə bilmənin
başlıca yollarından bir olaraq önə çıxır.
Buradan otellər və
otel işlətməçilərini tərəfindən çıxarıla biləcək bir nəticə var. Airbnb və
bənzəri platformalara rezervasiya komisiyası ödəmək istəməyən və ya daha az
komisiya ödəmək istəyən otelçilər, işlətmələrinə aid internet saytlarında təklif
etdikləri təcrübəni öyrənməyə başlaya bilər. Otelin yalnız otaqlarını, gözəl yeməklərini və ya hovuzunu önə çıxarmaq
yerinə burada qonaqlayacaq qonaqlara yaşadılacaq təcrübələri önə çıxara
bilərlər.

Maraqlı təhlildir. qeyd: növbəti yazılarınızda orfoqrafik və qrammatik səhvləri düzəldib yerləşdirin)
ReplyDelete