Dağlıq ərazilərdə
turizmin istifadəsi
Dağların
turizmə ilk açılışı, idman fəaliyyətləri içərisində olan alpinizm və xizəkçilik sayəsində
olmuşdur. Alpinizm və xizəkçilik idman növləri öz növbəsində həmin idman növləri
keçirilən ərazilərdə qidalanma, qonaqlama və nəqliyyat kimi ehtiyacların
yaranmasına səbəb olmuş və bu artan tələb
isə öz növbəsində həmin ərazilərdə qış turizminin yaranmasına səbəb yaratmışdır.
Yay sahil turizminə alternativ olaraq günəşin zərərli şüalarından qorunmaq istəyən,
günəş vannası qəbul etmək istəməyən , yaşıllığı sevən insanlar yay aylarına
dağlara səyahət etməsi də dağlıq turizminin inkişafına şərait yaratmışdır.
Alpinizm- Turizmin bu növü iqlimdən asılı deyil,
çünki Alpizm bütün il edilə bilər. Bununla birlikdə, qış turizmi xizək, qar
yağışı, qar qalınlığı ilə əlaqəli olduğundan, qarın uzunluğu bu turizm növünün
il boyu müəyyənləşdirir. Dağlar alpinizmdən başqa dağlıq turizmi, qış turizmi,
ekoturizm (yumşaq turizm), kənd turizmi və klimatizm turizminə də imkan verir. Dağlar ekoloji cəhətdən həssasdır
və ekoturizm təbiətə zərər verməmək prinsipi ilə təmin edilir və turistlərə təbii təbii mühitdə bitki örtüyü və
vəhşi təbiət ehtiyatlarını araşdırmağa və izləməyə imkan verir. Dağ kəndləri
kənd turizmi üçün də əlverişlidir, bu da turistlərə yerli memarlıq
xüsusiyyətlərinin qorunub saxlanıldığı mühitlərdə yerli həyat tərzi ilə tanış
olmağa imkan verir. Orta hündürlükdəki dağlıq və meşə ərazilərinin iqlimi
sağlamlıq turizminin bir qolu olan klimatizm (iqlim müalicəsi) baxımından uyğun
olduğu bilinir.
Dağlar macəra, həyəcan və dəyişiklik istəyənlər
üçün müxtəlif istirahət fəaliyyətləri və yeni idman növləri təmin edir. Bir
neçə günlük istirahət fəaliyyəti ərzində , trekking, hiking, dağ velosipedi
kimi aktivitelərdən istifadə etmək olar. Dağlarda qayalar və səth formaları ilə
əlaqəli idman növləri çoxşaxəlidir. Sərbəst dırmaşma (qayaya dırmaşma),
paraşütlü uçuş( lövhəvari) buna misal ola bilər. Qarlı dağlıq ərazilər
isə öz növbəsində buzlu rafting, qayaq (qarla qarışıq), buzlu xizək, heli xizək
(helikopterlə yüksək dağ xizəkləri), bolon xizəkləri (şar ilə yüksək dağ
xizəkləri) kimi aktivitelərə imkan verir.
Alpinizm
Adını alp dağlarından götürən bu idman növü müəyyən
dağa tırmanma texnikalarını ilə yarışların keçirilməsi ilə yaranmışdır. Bu
idman növü daha çox federasiyalar və klubların tərkibində ilkin olaraq təlim məşq
formasından başlayaraq, yarış formasına kimi davam edir.
İqlim şəraiti alpinizmdə gəzinti və dırmaşma fəsillərini
təyin edir. İki fərqli fəslin idman dırmanması üçün "yaydan çıxma" və
"qışdan çıxma" olaraq təyin olunduğu halda, istirahət üçün yay
mövsümü məhdudlaşır. Qış gəzintiləri çox vaxt qar və aşağı temperatur şəklində
yağıntının təsiri altındadır və bu şərtlər alpinizm avadanlığı və geyimlərinə də
təsir göstərir. Dağlarda görülən gündüzlə gecə arasındakı temperatur fərqləri səbəbindən
yay çıxışları gündüz sıx günəş (radiasiya) və gecə aşağı temperaturun təsiri
altında olur.
Alpizmdə düşərgə yerləri su qaynaqlarından asılı
olaraq qurulur. Bundan əlavə, buzlaqlarla qidalanan dərələr alpinistlərə bol su
verir. Dağlarda, xüsusilə sirk (dağ) gölləri istirahət çıxışlarında diqqəti cəlb
edir. Alpinizm meşə sərhədindən yuxarıda qurulduğundan bitki örtüyü yüksək dağ çəmənliklərindən
və alp bitkilərindən ibarət olur
Alpizmdə əhəmiyyətli dağlar
Dünyanın ən yüksək zirvələri Himalaya dağlarındadır.
Bunların arasında Everest dağı birinci yerdədir. Dəniz səviyyəsindən 8850 m
yüksəklikdədir. İkinci yerdə Karakurum dağlarında K2 zirvəsi gəlir. (8611m) Digər
8 ən böyük zirvədə Himayal dağlarında yerləşir. Kangchenjunga - (8586 m.),
Lhotse (8516 m), Makalu (8463 m), Cho Oyu (8201 m), Dhaulagiri (8167 m),
Manaslu (8163 m) Nanga Parbat (8126 m).
Himalay dağları alpizm baxımından ən populyar dağ əraziləridir.
Everestə dırmaşmaq hər bir alpinistin arzusudur. İndiyədək 5000-dən çox
alpinist zirvəyə qalxıb, 200-dən çox alpinist dırmaşarkən həyatını itiribdir.
Çin və Nepal hökuməti bu turizm növündəm çoxlu kommersiya gəliri əldə edir.
Yerli insanlar Sherpas və digər təcrübəli bələdçilər və xidmətləri ilə çoxlu gəlir
əldə edir. Himalay kimi yüksəkliklərə
qalxmaq istəyənləri Sherpa müşayiət
etdiyi üçün bu yüksəklik daşıyıcıları bütün dünyada 'Sherpa' adlanır. Sherpa əslində
Nepalın dağlıq bölgəsində yaşayan bir etnik qrupun adıdır. Sherpas, çətin təbii
şərtlər səbəbiylə Tibetdən təxminən 600 il əvvəl ayrılmış bir qəbilədir. 3444
metr yüksəklikdə olan Sherpas'ın ən əhəmiyyətli şəhəri Namche dünyanın hər
yerindən gələn yürüşçülərin və zirvəli alpinistlərin toplaşdığı yerdir.
Avropa qitəsinin ən yüksək nöqtəsi Mont-Blanc 4807
m Alp dağlarında yerləşir. Alp dağlarının əhatə etdiyi ərazi təxminən 330000
km-dir. Dağlar Fransa, İtaliya, İsveçrə, Almaniya və Avstriya arasında
bölüşdürülür. Mont-Blanc xaricindəki Alp dağlarının əsas zirvələri; Fransadakı
Barre des Ecrins (4103m), İtaliya-İsveçrə sərhədi ətrafında Monte Rosa (4638m və
Matterhorn (4478m), İsveçrənin Aare kütləsindəki Jungfrau (4166m),
Finsteraarhorn (4275m) və Aletschhorn (4182m). (4061m), Graubünden və İtaliya
arasındakı Bernina (4057m) və nəhayət Avstriyadakı Ilohe Tauern'in ən yüksək
nöqtəsi olan Glockner (3798m).
1980-ci ildən sonra alpinistliyin çox populyar
olmağa başladı. Avropa və Amerikada milyonlarla insan dağlarda gəzməyə başladılar.
Alpinizm materiallarında texnoloji tərəqqi və dağlara çıxışı asanlaşdırmaq bu
yayılmanın əsas amilləri idi. Mont Blanc'ın (Monbulan) çıxış yolundakı yolda
növbə meydana gətirən komandaları görmək mümkündür. Himalay dağlarında isə əvvəlvədən
rezarvasiya ilə dağlara qalxa bilərsiniz.
Qış turizmi (Xizək mərkəzləri)
Qış turizmi qar yağıntısına bağlı olaraq dağların
qar alabilən yüksək qurşağlnda idmanın (kar xizəyi) üstünlük qazandığı bir
turizm növüdür. Standart bir idman növü kimi başlayan qış turizmi sonradan
daxilində qonaqlama, əyləncə, yemə-içmə kimi xidmətləri özündə əks etdirmişdir.
Qış turizmi iqlimə bağlı olduğundan yay turizminin əksidir.
Qış turizmi sahələrinin seçilməsi
Qış turizm bölgələrində idman fəaliyyəti üçün xizək
yamaclarının və mexaniki qurğuların qurulduğu ərazi xizək sahəsi adlanır.
Qonaqlama, xidmət və əyləncə obyektlərinin
qurulduğu ərazi isə yaşayış sahəsi adlanır. Qış turizm bölgələrinin yerləşmə
seçiminə təsir edən əsas coğrafi amillər iqlim və səth formasıdır.
Aşağı istilik qar yağıntısı və küləklər qış
turizminə təsir edən başlıca iqlim elementləridir. Xizək ərazisi olaraq ilk öncə lazımı ölçüdə qar yağıntısını ala bilən, qar
qalınlığı ortalama 1 m və qarın yerdə qalma müddəti 120 günü keçən yerlər
seçilməlidir.Qış turizmində qar qalınlığı və yerdə qalma müddəti qədər qar
keyfiyyəti də önəmlidir. Nəm (sulu qar) qar keyfiyyət cəhətdən xizəkçilik üçün
uyğun deyil, həfif, quru,ağ,yüngül dərin toz
qarlar isə əksinə xizəkçilik üçün yararlıdır. Toz qarın formalaşması
üçün havanın çox soyuq olması lazımdır. Soyuq hava kütlələrindəki az su
buxarının yoğunlaşmasıyla 1 mm dən kiçik iynələr şəklində yerdə dağınıq bir
örtü şəklində incə və parlaq qar örtüsü görülür. Tez ərimədiyi və üstünə
düştüyü cisimləri islatmadığı üçün bu qara toz qar və ya quru qar (kristal qar)
adı verilmişdir. Yüksəldikcə havadakı su buxarı azaldığından,xizəkçilər toz qar
tapa bilmək üçün helikopterlə yüksəklərə çıxaraq yüksən sahə xizəkçiliyi (dağ
xizəkçiliyi və yaxud heli-skiing) etməkdədirlər.
Xizık sahələrinin külək şəraiti də vacibdir.
Xüsusilə xizək sahələri cənub-qərb küləklərinə açıqdırsa, bu küləklər qarı
yumşaldır və keyfiyyətini pisləşdirir. Buna görə cənub küləkləri ilə bağlanan
şimal yamacları xizək sahəsi kimi daha uyğundur. Qar yağıntısı zamanı əsən küləklərin
qarı süpürməsi nəticəsində yaranan qar topası növü də xizək çəkməyin qarşısını alır. Digər
bir mənfi təsir sıx və qalın sis meydana gəlməsidir. Bu vəziyyət xizəkçilərin
istiqamətini itirməsinə səbəb olur.
Qış turizm bölgələri üçün, ilk növbədə, qar
yağıntısı ala biləcək hündürlük qurşaqları
tələb olunur. Beynəlxalq standartlara
görə, sağlam insanların narahat olmadıqları və qarının uzun olduğu 1600 - 2000
m arasındakı hündürlük zonaları bu sahə üçün məqbul sayılır.
Xizək
tədrisi, sərbəst xizək sürmə və xizək
sahələrində yarışlar üçün müxtəlif yamac, uzunluq və genişlik tələb olunur. Bu
baxımdan, ən uyğun yamaclarda dağların orta yüksəkliyində şimala baxan fasiləsiz
ərazilər göstərilməlidir. Şimal
yamaclarında daha az günəş şüası qəbul edildiyi üçün qarın yerdə qalma vaxtı daha uzun olur. Dar və konveks profil
yamacları xizəkçilik üçün uyğun deyil. Geniş və konkav profil yamacları
qar xizəkləri üçün uyğun sahələr sayılır.
Xizək idman növü dünyada şimal disiplini və alp
disiplini olmaq üzərə iki alt başlıqda toplanır. Bu disiplinlərin özəllikəri xizək sahələrinin yer seçimini bəlirləyir.Şimal
disiplinin ən çox yayıldığı qolu olan xizək qaçış (cross-country) üçün düz və
az əyimli sahələr lazım olarkən, alp disiplinində yüksək seviyyələrdən alçaq səviyyələrə
xizəklə düşüldüyündən fərqli əyimlərdə yamaclar lazım olur. Xizəkçilik idman
növündə ən yayğını olan alp disiplini olduğundan qış turizm sahələrinin seçimi
də bu disiplin qaydalarına görə edilməkdədir.
Xizək pistdi olaraq istifadə ediləcək yamacların əyimi
öyrətim, sürüşmə və yarışmalar üçün fərqlidir. Öyrətim məqsədli xizək pistləri
üçün 15% əyim kifayət olarkən, sərbəst sürüşmə pistlərin əyimi 50% ola bilməktədir.
Yarışlar üçün 60-70% əyimə sahib yamaclar lazımdır (extrim xizəkçilik).
Pistlər 4 növə bölünür.
1. Asan pist (öyrətmə məqsədli) - ərazi yaşıl rəngdə
göstərilir
2. Orta pist (sərbəst sürüşmə) - ərazi mavi rəngdə
göstərilir
3.Yaxşı pist - ərazi qırmızı rəngdə göstərilir
4. Çətin pist - ərazi qara rəngdə göstərilir
Dik yerlərdən
başlayan çətin bir pist aşağıya doğru əyim azaldıqca yaxşı və orta pist vəziyyətinə
gələbilər. Xizək pistlərinin əyimi və uzunluğu ilə bərabər yanında genişliyi də
önəmlidir. Xizək pistlərində genişlik (alp disiplinində) 1/10 ölçüsündə olmalıdır (misal: 1000 m uzunluq, 100 m genişlik).
Bu səbəblə xizək pisti olaraq istifadə ediləcək yamacların uzunluqla paralel
genişlik olunmalıdır.Xizək qaçış (ski safari) üçün 15 km-ya qədər düz və az əyilimli
sahələr seçilməlidir, bu sahələr iz açma aparatı ilə suni olaraq da açıla bilər.
Qış turizm sahələrində
pistlər və mexanik təsislərin yer alması qədər xizəkçilik ərzilərində qonaqlama,
xidmət, əyləncə və içki-qida təsislırinin olmasıda önəmlidir. Xizək sahələri və
təsis sahələri bir birindən ayrı yerlərdə günlük gəliş-gediş məsafəsi içində
olmalıdır. Lakin ideal olaraq bir bitişik yer olmalarıda uyğundur. Xizək sahələri
üçün şimal yamaclar seçilərkən təsis sahələri üçün cənuba baxan yamacda
uyğundur və bu tırz çox günəş alan
qonaqlama təsislərinin isidilməsi daha ekonomikdir. Xizək sahələri üçün əyim
axtarıarkən, təsis sahələri üçün isə kifayət qədər düz genişlikdə sahələr
lazımdır. Bunun üçün bir plato tipli yerlər daha uyğundur.
Qış turizm sahələrinin yer seçimində çığ və zəlzələ
xətalarından uzaqda qalınan yerlər daha uyğundur və kifayət qədər su qaynaqları
sahib olmalı, ana yollara yaxın olunmasına diqqət edilməlidir.
Dağlıq ərazilərdə kənd turizmi
Dağlıq ərazilərdə kənd turizmi dağlardakı yaylalarda yerləşən kənd yaşayış məntəqələrini əhatə edir.
Dağlarda kənd turizmi üçün ən uyğun yüksəklik zonası insan sağlamlığı
baxımından uyğun temperatur və təzyiq şəraiti ilə 800 - 2000 m arasında yerləşir.
Kənd səviyyəsində turizm üçün yaşayış yerləri də bu səviyyələrdə qurulur. 2000
m-dən yuxarı düzənliklər insan sağlamlığı üçün yalnız istirahət fəaliyyəti
zamanı gündəlik istifadə üçün uygundur.
Dağ əraziləri, bitki örtüyü, canlı təbiət mənbələri,
göl, şəlalə, kanyon və s. yerli memarlıq üslubunun qorunub saxlanıldığı təbii mənzərələri
ilə üstün mənzərə dəyərlərinə sahib ənənəvi kənd yaşayış mühiti ilə ekoturizm
xüsusiyyətlərinə malikdir. Sürətli nəqliyyat, sabit proqramlar və qısa müddət ərzində
passiv şəkildə həyata keçirilən və kənd ərazilərinin sahillərində cəmlənən kütləvi
turizmdən fərqli olaraq kənd turizmi, kiçik bir qrup şəxslər, ailələr və
dostlar üçün daha qısa müddətdə, sabit olmayan proqramlar ilə uyğundur.
Qonaqlama obyektləri yerli bina tərzinə uyğun olaraq iki mərtəbəli olmalıdır, dağlıq evlər və düşərgələr
başqa bir qonaqlama növünü təşkil edir.
Dağlıq ərazilərdə kənd turizmi yer, iqlim və istirahət fəaliyyəti baxımından
sahil turizminə əksdir. Dəniz səviyyəsindən asılı olan sahil turizmi əsas
istirahət fəaliyyəti günəş çalarları olan temperatur dəyərlərini axtararkən, dəniz
səviyyəsindən yüksək olan kənd turizminin əsas istirahət fəaliyyəti mülayim
iqlim tələb edir. Dağlar ətrafa hörmət edən, sakit mühitləri sevən təbiət sevən
turistləri cəlb edir. Turistlər trekking, at minmə, qolf, xizək sürmək kimi
istirahət tədbirləri görə bilərlər.
Azərbaycan
da öz növbəsində kənd turizmi üçün çox əlverişlidir. Əsas kənd turizmi ilə fərqlənə
biləcək kəndlər Qafqaz və Talış dağlarının hündürlüklərində yerləşən kəndlərdir.
Bu kəndlərdən ən məhşuru isə əlbətdə ki, Xınalıq kəndidir.
Dağlarda mənzərə terrasları
Dağlara dırmaşmaq alpinizm kimi çox çətin bir idman
növünü tələb edir. Ancaq insanlar dağ mənzərələrinə o qədər maraq göstərirlər
ki, hər kəsin bu mənzərələri görmələri üçün dağlıq ərazilərdə bəzən görüntü
terrasları qurulur. Bunlardan biri Fransız Alp dağlarında Mont Blancda 3840
metr yüksəklikdə qurulan Aiguille du Midi-dir, Mənası isə "Boşluğa bir
addım" deməkdir. Burada ziyarətçilər Avropanın ən böyük dağı olan Mont
Blancı dünyanın ən yüksək şüşə döşəməsindən seyr etmək imkanı əldə edirlər.
Malayziyadakı Langkawi Göy Körpüsü 125
metrlik körpü ilə dəniz səviyyəsindən 700 metr yüksəklikdədir. Gunung Mat
Chinchang Dağı’nın zirvəsindən Pulau Langkawi dağına qədər uzanan bir mənzərəyə
sahibdir. Çin-də 1432 metr yüksəklikdəki Zhangjiajie Tianmen Dağı’nın ətəyinə
qurulmuş bir aynadan yol və buraya telefriklə gəlinir. Almaniyda Alpspix
dağında yerləşən təxminən 100 metr yüksəklikdəki
kiçik körpü (Alpspix mənzərə terrası) vadinin mükəmməl mənzərəsini təklif etməkdədir.
Çində 2000 metr hündürlükdə Hua Shan dağına gedən Cənnət pilləkənləri dağa
çıxan pilləkənlərdən təşkil olunmuşdur. Avstriya Alplarındakı Dachstein Glacier
xizək mərkəzində Dachstein pilləkanı dünyadakı ən yüksək pilləkənlərdən birinə
ev sahibliyi edir.




Comments
Post a Comment