Amerikan Rütbələndirmə sistemi
Fransız və Amerikan rütbələndirmə sistemləri arasında bəzi fərqliliklər vardır.Ən əsas fərq Amerikan sistemində ölçülərin və tutumun daha çox olmasıdır. Amerikan sistemində Mətbəx şefi bir başa F&B müdürünə bağlıdır. Servis şefi ilə servis nümayəndəsi arasına Kapitan adlı vəzifə artırılmışdır. Kapitan 20-25 masanın öhdəliyini alır və sifarişləri qəbul edir.Otelçilikdə sifariş alarkən istifadə olunan sifariş fişi-Kapitan order olaraq adlanması Amerikan Sistemindən gələn bir termindir.5 ulduzlu otel və yaxud yüksət tutumlu resoranlarda Amerikan Rütbələndirmə sistemi aşağıdakı kimidir:
✦ Food and Beverage Manager
✦ Assistand Food and Beverage Manager
✦ Restaurant Manager
✦ Head Waiter (Servis şefi)
✦ Captain (Kapitan)
✦ Waiter / Waitress (Servis nümayəndəsi)
✦ Bus Boy ( Servis nümayəndə köməkçisi)
✦ Apprentice (Stajyer)
Əgər servistdə əla bir sistem qurulur servis nümayəndələri sistemə görə yaxşı öyrədilərsə və idarə etmə yaxşıdırsa servis də mükəmməl olar.
Fransız rütbələndirmə sistemi
5 ulduz otellərdə sıx halda yüksək (1 ci sinif)katoqoriyalı restoranlara tez-tez rast gəlinir. Bu tip restoranlarda işçiləri müəyyən rütbələrə görə quruplaşdırılır və bu quruplaşdırma da öz növbəsində iki yerə ayrılır.
1. Klassik Fransız rütbələndirmə sistemi
2. Amerikan Rütbələndirmə sistemi
Bu gün sizə Klassik Fransız rütbələndirmə sistemindən yazacağıq.Bu sistem olduqca çox rütbələrdən ibarətdir. Bunun səbəbi həm krallıq Fransasında həm də şatolarda yemə içmənin şablon və şouya meyilli olmasından irəli gəlir.Günümüzdə bir o qədər də istifadə olunmayan ancaq rütbə sisteminin təməlini quran Fransız sistemi aşağıdakı kimidir:
✦ Maidre d’hotel (bax: https://www.facebook.com/…/a.119817229425…/154739549267062/… )
✦ Chef de restaurant (Chef de servis)
✦ Chef de rang
✦ Demi Chef d rang
✦ Commi de rang
✦ Commis de suit
✦ Commis de brasseur
✦ Apprenti
Personal təsərufu ya da yemə içmə anlayışında kı, dəyişikliklər kimi səbəblərə görə, günümüzdə bu sistem az istifadə olunaraq Modern Fransız rütbələndirmə sistemi yaradılmışdır. Modern sistemə görə mətbəx xaric; restoran , banket , room service , və bar kimi bölmələrin cavabdehliyini restoran müdürü ( Maidre d’hotel) öhdələmişdir.İkinci sırada Servis şefi (Chef de Servis) gəlir. O restoran müdüründən sonra ikinci ən yüksək rütbəli şəxsdir və ona oxşar səlahiyyətlər daşıyır.Üçüncü sırada Servis nümayəndəsi( Chef de rang) gəlir. Servis nümayəndəsi 4-5 masadan (20-25 müştəri) məsuldur. Ona servis vaxtı Servis nümayəndə köməkçisi (Commis de Rang) kömək edir.Stajyör (Apprenti) turizm təhsili almış yada almaqda davam edən yeni personaldır.Vəzifəsi çirkli qabları silib yerinə düzmək və masa örtüləri,salfetkaları toplayın paltaryuyan şöbəyə göndərməkdir.O, məktəbdə öyrəndiklərini burada praktiki həyata keçirməyə başlayır.

Comments
Post a Comment