Skip to main content

Otel idarə sisteminin özəllikləri

Otel idarə sisteminin özəllikləri



Yaşayış, qida və içki, habelə əyləncə və mədəni ehtiyaclar kimi müxtəlif səbəblərdən yaşayış müəssisələrindən faydalanmaq istəyən müştərilərin əsas ehtiyaclarını ödəyə bilən iqtisadi və sosial müəssisələr olan otel biznesinin əsas xüsusiyyətlərini aşağıdakı kimi ümumiləşdirə bilərik:

Otel müəsisələrinin  xüsusiyyətləri:

1.       Otel idarəçiliyinin əsas təməli işçi qüvvəsidir. Bir müəssisənin bütün hissələrində qonaqlara xidmət təqdim edən yenə insandır. Bütün qonaqlama  xidmətlərində hər zaman çoxlu işçi qüvvəsinə ehtiyac var. Digər müəssisələrdə avtomatlaşdırmaya fokuslanaraq işçi qüvvəsini maşınlarla əvəz etmək mümkündür lakin otel idarə sistemində insan faktorunu azaltmaq çox zəif formada gedir. Bu səbəbdən, müəssisələrə bilikli, bacarıqlı və yaxşı formalaşan ixtisaslı kadrlar lazımdır. Yaxşı bir işçi heyəti planlaşdırması edərək bu ehtiyacı qarşılamaq lazımdır.

2.       Otel müəssisələri zaman satır. Otel otaqlarının 24 saat içində satılması söz mövzusu olub, satılamayan otaq otel üçün itkin olmaqdadır. Otel xidmətini stoklama imkanı olmadığından çıxarıldığı ya da hazırlandığı anda satılması lazımdır. Bu səbəbdən, əslində oteldə satılan "zamandır".

3.       Otel idarəçiliyi dinamikdir. Otel, xidmət istehsal edən bir fabrik kimi düşünüldüyündə, texnologiyası və xidmət anlayışı ilə davamlı olaraq dəyişiklik göstərən, zövq və modaya asılılığı çox olan bir sektordur.

4.       Otel işlətmələrinin fəaliyyətlərində zaman məhdudlaşdırması yoxdur. Bütün il boyu (sezonlu otellər xaric) gündə 24 saat, həftənin 7 günü qonaqlarına xidmət göstərməyə davam edirlər. Digər insanlar tətildə olarkən onları sevindirməyə çalışırlar. Bu səbəbdən heyət öz peşələrini sevməli və insan münasibətlərini yaxşı bilməlidir.

5.       Otel müəssisələrində istehsal olunan xidmətlərin satışı yalnız, qonaqların işlətməyə müraciəti üzərinə başlamaqdadır.

6.       Davamlı işləməyi tələb edən otel işlətmələrinin ən əhəmiyyətli gəlir qaynağı olan otaq satışlarının ayrı bir xüsusiyyəti vardır.Belə ki , gəlirlərin təxminən 50 % ini otaq satışları meydana gətirməkdədir. Vaxta əsaslanan bu müəssisələrdə satış üçün həmin gün təmin edilə bilməyən otaqların satıldıqları günə qədər  saxlanıla bilmə ehtimalı yoxdur.

7.       Otel idarəçiliyində risk faktoru olduqca yüksəkdir. Otel müəssisələri ölkənin daxilindəki təhlükələrdən çox tez təsirlənir. Müəssisələr həm beynəlxalq münasibətlərdəki əlverişsiz siyasi situasiyalarda, həm ölkənin təbii şəraitində baş verən disbalanslarda, həm də ölkədə yaranan müharibə və münaqişə kimi dağıdıcı hadisələrdə ciddi ziyan çəkirlər.

8.       Otel müəssisələri qonaqlarına hər zaman daha keyfiyyətli xidmət təklif etmək istədiyindən texnoloji yeniliklərdən davamlı olaraq faydalanır və bunları imkanları istiqamətində satın alaraq istifadə edirlər, çünki, yerləşmə müəssisələrinin böyüklüklərinə görə inkişaf etdirilən önbüro sistemlərinin, ümumi baxım və təmizlik xidmətlərində istifadə zamanı inkişaf etmiş maşın və materialların, mətbəx və servis xidmətlərində işi asanlaşdırmaq və sürətləndirmək məqsədi ilə inkişaf etdirilmiş yeni avadanlığın istifadə edilməsi, eyni zamanda ümumi olaraq yerləşmə müəssisələri üçün inkişaf etdirilən digər texnoloji yeniliklərdən (açar kart sistemi , kompüterli minibar, telefon və təhlükəsizlik sistemi və s) faydalanılması müəssisə müvəffəqiyyətinə təsir edən əhəmiyyətli məqamlardır.

9.       Otel müəssisələrində təklif olunan xidmətlər şöbələr və işçilər arasında sıx əməkdaşlıq və qarşılıqlı yardım tələb edir. Otel müəssisələrinin bütün şöbələri öz vəzifələrini bir-biri ilə əlaqəli və daima məlumat mübadiləsi ilə yerinə yetirirlər. Bir şöbənin və ya işçilərin səhvi qonaqlar qarşısında digər şöbələri və ya işçiləri utandıracaq olduğundan, qonaqlama yerlərində işçilər arasında sıx əməkdaşlıq və qarşılıqlı yardım mütləq lazımdır.Məsələn Housekeeping şöbəsinin otağı tam təmizləmədən otağa Clean vurması və qonağın otağa daxil olarkən  natamamlıqla qarşılaşması Ön Büro şöbəsinə də problem yarada bilər.

10.   Otel müəssisələri yalnız yerləşmə xidməti deyil, yemə-içmə və əyləncə kimi müxtəlif ehtiyacları da qarşılayır.

11.   Otel müəssisələrində sərmayənin böyük bir qismi sabit dəyərlərə ayrılmışdır. Qonaqlama işlətmələrinin qurula bilməsi və idarə edilir vəziyyətə gətirilə bilməsi üçün böyük miqdarlarda sərmayəyə ehtiyac vardır. Bu kapitalın mühüm bir hissəsi müəssisənin fəaliyyətə başlamazdan əvvəl sabit dəyərlərin başlamasını tələb edir. Aktivlərin bölgüsü ümumiyyətlə aşağıdakı kimidir: Əsas vəsaitlər: 85-90% Cari aktivlər: 10-15%.

12.   Otellərdə satış həm nəğd şəkildə,  həm də kredit kartları vasitəsi ilə aparılır.




Comments

Popular posts from this blog

Airbnb-nin yüksəlişi və otelçiliyin gələcəyi

 Airbnb-nin y üksəlişi və otelçiliyin gələcəyi Son 20 ildə internet aləmində başverən irəlləyişin ən çox təsir etdiyi sektorlardan birisi, heç şüphəsiz, turizm sektoru oldu. İnkişaf edən texnologiyalar, mobil cihazların inkişafı və insanların daha çox səyahət etməyə başlaması, sektorda yenilikçi həllərin artmasına yol açdı. Bu yeni həllərin biri də Airbnb idi. İnternet saytı üzərindən sistemə qeyd olan istifadəçilərin, evlərini və ya evlərinin otaqlarını kirayə edə bildiyi Airbnb nin gündən-gübə inkişaf edir. Texniki olaraq,otel rezervasyonu etməkdən fərqi olmayan sistemin, ilk əvvələrdə otel sənayesinə təsir etməyəcəyi düşünülürdü. Ucuz səyahət yollarını axtaran və Couchsurfing ya da Workaway kimi alternativ qonaqlama yöntəmlərini tərcih edən kütlənin xaricinə çıxmayacağı ön görülən Airbnb son illərdə göstərdiyi uğurlarla bu öngörünü boşa çıxardı.  Airbnb ilə bağlı bəzi statistikalar 2008 ci ildə bəsit girişim olaraq ortaya çıxan,   2017 ci il statist...

Kritik Nəzarət Nöqtələri (KKN) - Düzəldici fəaliyyət proseduru HACCP

Kritik Nəzarət Nöqtələri  (KKN) - Düzəldici fəaliyyət proseduru (SOP) Şöbə : Qida və içki Bölmə:   Mətbəx ✦   KKN – 1 Materialın depoya qəbulu ilə bağlı düzəldici fəaliyyət İdarənin üst idarəçiləri tərəfindən qəbul edilmiş “ Material keyfiyyət qəbul kriteriyaları listi” nə görə edilən müayinə   sonunda qəbul kriteriyalarına yararsız materiallar qəbul edilməz, firmaya geri qaytarılar. Bu məsələlərlə bağlı "Təchizatçı Qeyri-Uyğunluq Forması" şirkətə ünvanlanır. Oteldə daxil olan materiala təcili ehtiyac olarsa, tələb olunan (ehtiyac) hissələr alınır və " Təchizatçı Qeyri-Uyğunluq Forması " ilə xəbərdarlıq edilir. Bununla birlikdə, gələn materialın çatdırılma temperaturu istənilən dəyərlərdə deyilsə və son istifadə tarixi keçərsə, mallar heç bir şəkildə alınmayaraq və geri qaytarılır.     ✦  KKN – 2 Soyuq otaqların istiliyinin ölçülməsi ilə əlaqəli düzəldici fəaliyyət Soyuq hava depolarının istiliyi gündə 3 dəfə ölçülür. Soyuq hava depoların...

Post Covid 19 dövründə qonaqpərvərlik sənayəsini formalaşdıracaq 4 əsas trend.

COVID 19-dən sonrakı dünyada səyahət və qrup mühitləri arasında yayılmış virus qorxusu səbəbindən qlobal qonaqpərvərlik sənayesi ən çox zərər görənlərdən oldu. Səyahət zamanı sosial məsafənin t ətbiqi , beynəlxalq və şəhər sərhədlərinin bağlanması və uçuşların müvəqqəti ləğv edilməsi ilə əlaqədar  səyahət sənayesi ən ağır əks-səpkini yaşayır və bu aşağı meyl otellərin doluluğuna və gəlirlərinə çox təsir edir. Konsertlər, konfranslar, konqreslər və idman liqaları kimi tədbirlərin təxirə salınması və ləğvi də insanların səyahət planlarını ləğv etməsinə səbəb olan digər vacib amillərdəndir. Tədqiqatlar onu göstərir ki qonaqpərvərlik sənayesi COVİD 19 dan əvvəlki vəziyyətə ən azı 2023 cü ilə qədər çatacaq. Bu kontekstdə qonaqpərvərlik sənayesini formalaşdıran yeni meyllər olacaqdır. bütün sahə oyunçularının işə qayıtdıqları zaman həll etmələri üçün yeni imkanlar və çətinliklər yaranacaq 1. Yerli turizmin yüksəlişi İnsanlarla sosial məsafədən çəkinən istehlakçılar həm də təyyarə v...