Skip to main content

Non-Standard Hotels



Non-Standart Hotels / Qeyri-Standart Otellər




1. Spa Hotels
Bu otellər kurort tipli parametrlərə malikdirlər.. Yerləşdirmə, kurort müalicəsi və yemək-içməklə təmin edirlər . Bu otellərə istirahət / stres idarəetmə, fitness, çəki idarəetmə və pilates / yoga daxildir. Spalarda tez-tez diyetisyen, terapevt, masajçı və məşq fiziologiyasından ibarət peşəkar heyət olur.

2.Casino Hotels
Onların əsas gəlir mərkəzləri əsasən qumar əməliyyatları və canlı əyləncələrdir.. Lüks şəraiti, gözəl və xüsusii yeməklər və ticarət mərkəzləri daxil olmaqla otel əsasən varlı kütlələrə xidmət göstərir.

3.All-Suite Hotels
Bu otellərdəki qonaq otaqları normal otel otaqlarından daha böyükdür, işləmə, yatmaq və istirahət üçün ayrıca sahələri var. living room və ya salon, adətən yataq otağından ayrılır və bəzi otellərdə otaqlarda mətbəx dəsti belə təklif edilir. İmkanlar və xidmətlər geniş şəkildə dəyişə bilər.

4.Boutique Hotels
Butik otellər fərdi yaşayış və xidmətlər / imkanlar verməklə özlərini ənənəvi otellərdən fərqləndirirlər. Onlar bəzən "dizayn otelləri" və ya "həyat otelləri" kimi tanınırlar. Qiymət çox dəyişir. Onlar ənənəvi yaşayış xüsusiyyətlərindən "görünüş və hiss" baxımından çox fərqlidirlər. Daha intim və bəlkə də daha dəbdəbəlidirlər və fərd olaraq fərqlənirlər. Rahatlıq otelin mühitindən və mövzusundan asılı olaraq çox dəyişir.

5.Time Shares
Bu daha çox bir yaşayış məkanın birdən çox şəxs tərəfindən satın alınması hesab olunur. Mülki alan şəxslər aralarında razılığa gələrək ilin müəyyən vaxtlarında növbə-növdə həmən məkanda qalırlar.

6. Historic Conversion
Bu otellərin tarixi əhəmiyyəti var yada hansısa tarixi mülki otelə çeviriblər.

7.Serviced Apartments
Bu xüsusiyyətlər uzun müddət qalan müştərilərə xasdır. Adətən tam mətbəx əşyaları, alış-veriş xidmətləri, işgüzar xidmətlər və məhdud ev təsərrüfatı xidmətləri təklif edirlər.

8.Bed and Breakfast
Yalnız yataq və səhər yeməyi təklif edən məkanlardır . Ev yiyəsi çox zaman həmən əraziyə yaxın yerdə yaşayır.

9 Guest House.
Bir evin daxilində yerləşən çox az sayda otaqlara malik olan kiçik qonaqlama mərkəzi. Daha çox kənd və rayonlarda olur. Evin daxilində hamam və tualet çox zaman hər şəxsin öz otağında olur.

10. Hostels
Daha çox yataqxanaya bənzəyir və bir otaqda çox sayda yataq ola bilər. Hamam və Tualet ortaq istifadə olunur . Ekonom səyahət etməyi sevənlər üçün çox sərfəlidir.

11.Motels
Uzun yola çıxan adamlar üçün yolüstü qonaqlama təklif edən qonaqlama mərkəzləridir.

12.Villa/Chalet
Hotel daxilində və yaxud ayrıca böyük ailələrə və yaxud çox sayda gələn dostlara bir yerdə kompakt qalmaları üçün verilən villa və yaxud kottec tipli yaşayış evləridir.

Comments

Popular posts from this blog

Airbnb-nin yüksəlişi və otelçiliyin gələcəyi

 Airbnb-nin y üksəlişi və otelçiliyin gələcəyi Son 20 ildə internet aləmində başverən irəlləyişin ən çox təsir etdiyi sektorlardan birisi, heç şüphəsiz, turizm sektoru oldu. İnkişaf edən texnologiyalar, mobil cihazların inkişafı və insanların daha çox səyahət etməyə başlaması, sektorda yenilikçi həllərin artmasına yol açdı. Bu yeni həllərin biri də Airbnb idi. İnternet saytı üzərindən sistemə qeyd olan istifadəçilərin, evlərini və ya evlərinin otaqlarını kirayə edə bildiyi Airbnb nin gündən-gübə inkişaf edir. Texniki olaraq,otel rezervasyonu etməkdən fərqi olmayan sistemin, ilk əvvələrdə otel sənayesinə təsir etməyəcəyi düşünülürdü. Ucuz səyahət yollarını axtaran və Couchsurfing ya da Workaway kimi alternativ qonaqlama yöntəmlərini tərcih edən kütlənin xaricinə çıxmayacağı ön görülən Airbnb son illərdə göstərdiyi uğurlarla bu öngörünü boşa çıxardı.  Airbnb ilə bağlı bəzi statistikalar 2008 ci ildə bəsit girişim olaraq ortaya çıxan,   2017 ci il statist...

Restoran sahəsində CRM

Restoran sahəsində CRM (Customer relationship management) Bugünlərdə CRM çox yüksək sürətlə inkişaf eləməyə başlayır. Hər kəs CRM-nin nə olduğunu və nə edə biləcəyini dəqiq şəkildə anlamağa çalışır. Bacarıqlarını və potensialını tam dərk etməyə çalışır. Ancaq hər kəs işin korporativ tərəfini müzakirə edir. Bununla birlikdə, istifadəçi tərəfində CRM-i anlamaq və izah etmək məlumat, statistika və təhlildən daha asandır. CRM bəlkə də insanların tək bir xüsusiyyətini aşmağa çal ışır: “Qavrayışda seçmə”. Həyatımız boyu demək olar ki, hər hansı bir əlaqə vasitəsi ilə çox sayda reklam, kampaniya, təklif və elanlara məruz qalırıq. Nəticədə bu mesajlara immunitetimiz yaranır. Özünüzü düşünün; Elektron poçtunuzda aldığınız reklam mesajlarının neçəsi açılır və oxunur? Gələn SMS-lər haqqında? Televiziya və ya radioda neçə reklamı diqqətlə dinləyir və ya izləyirsiniz? Bizi maraqlandırmayan şeylərə əhəmiyyət vermirik. Qulaq asmırıq. oxumuruq. Heç vaxt almağı düşünməmiş bi...

Texniki Şöbə Prosedurları

Texniki Şöbə Prosedurları   Satınalma proseduru; Müvafiq mal və materialın sifariş üçün Technical Office İşçisi qeydlərini apararaq hansı Texniki hissəyə mal və materialın lazım olduğunu aydınlaşdırdıqdan sonra Technical Manager ilə razılaşdırır. MC üzərindən bütün mal və materiallar sifariş olunur. Əgər tələb olunan mal və materialın adı program üzərində yoxdursa, aidiyyatı şöbə tərəfindən yeni ad sistemə daxil edilir. Sifariş edildikdən sonra Satınalmaçı tərəfində bazar araşdırması aparılır və qiymət razılaşdırılması həyata keçirilir. General Manager in təsdiqi ilə satınalma həyata keçirilir. Alınmış mal və materialın qəbulu Anbar tərəfindən həyata keçirilir. Texniki şöbə əməkdaşlarının iştirakı ilə alınmış mal və materialın keyfiyyət dərəcəsi qiymətləndirilir. Əgər alınmış mal və material tam şəkildə uyğun gəlirsə, Technical Offise İşçisi tərəfində Anbar a tələb forması açılaraq mal və materiallar Texniki Şöbə anbarına çəkilir və artıq Texniki şöbənin səlahiyyətləri və məsuliyyə...