Skip to main content

Maşa Servis

Maşa (Rusca - Flatter) Servis
★Bölmə: Food and Beverage
Maşa (Rusca - Flatter) Servis : Bu, xüsusilə ziyafətlərdə tez-tez tətbiq olunan xidmət növüdür. Burada vacib olan şey, restoranda və ya masada olan müştərilərin eyni yemək yeməsidir. Xidmətin qabları tökmədən, xarici görünüşünü korlamadan və müştərini narahat etmədən həyata keçirməsi çox vacibdir. Bu xidmətin əsası çəngəllər və qaşıqları masa kimi istifadə etməkdir. Buna görə maşa xidməti adlanır. Xidmət personalı hər kəsə eyni anda xidmət edir və bu müştərilər üçün bir şou yaradılmalıdır. Bu sürətli və peşəkar bir xidmət ilə nəticələnir. Xidmət personalı bu xidmət üçün qrup halında təlim keçməlidir
Əsas Qaydalar:
• Təpsidən servis edilir , çəngəl və qaşıq maşa kimi istifadə olunur.
• Təpsidəki yeməklər bir masaya çatacaq qədər olmalıdır
• Soldan və sağ əllə servis aparılır
• Təpsi (padnus) sol bilək və dirsək arasında daşınır.
• Saat əqrəbinin tərs istiqamətində irəlilənir
• Hər yemək üçün ayrı dəst işlədilir.
• Servis personallarının sol əlində təpsinin istiliyindən qorunmaq üçün servis salfetkası ya da dəsmalı olur( dəsmalın ölçüsü təpsinin ölçüsünə bərabər olmalıdır).

• Təpsinin üzərinə qarnitür qoyulması və porsiyonlara ayrılması mətbəxdə edilir.
• Bir təpsiyə qarnitürlər və ana yeməklər eyni anda sığmırsa (Böyük masalarda) iki təpsiylə ,əvvəl ana yemək daha sonra qarnitürlər olmaq üzrə servis edilir.

• Əgər təpsidə sos kasası varsa təpsinin müştəriyə yaxın hissəsində olmalıdır.
• Təmiz boşqabların masaya servis edilməsi sağdan ,sağ əllə və saat yönündə edilir.
• İsti yemək varsa isti boşqab ,soyuq yemək varsa soyutulmuş və ya otaq istiliyində boşqab istifadə edilir.
• Boşqablar yeməklər gətirilmədən həmən əvvəl masalara servis edilir.
• Servis ev sahibinin sağındakı adamdan və ya ən yaşlı xanımdan başlanılır.
• Əvvəl xanımlara daha sonra bəylərə servis edilir.
• Masanı iki dəfə fırlanmaq lazım gələ bilər
• Əgər uşaq varsa xanımlarla birlikdə servis edilir

Comments

Popular posts from this blog

Airbnb-nin yüksəlişi və otelçiliyin gələcəyi

 Airbnb-nin y üksəlişi və otelçiliyin gələcəyi Son 20 ildə internet aləmində başverən irəlləyişin ən çox təsir etdiyi sektorlardan birisi, heç şüphəsiz, turizm sektoru oldu. İnkişaf edən texnologiyalar, mobil cihazların inkişafı və insanların daha çox səyahət etməyə başlaması, sektorda yenilikçi həllərin artmasına yol açdı. Bu yeni həllərin biri də Airbnb idi. İnternet saytı üzərindən sistemə qeyd olan istifadəçilərin, evlərini və ya evlərinin otaqlarını kirayə edə bildiyi Airbnb nin gündən-gübə inkişaf edir. Texniki olaraq,otel rezervasyonu etməkdən fərqi olmayan sistemin, ilk əvvələrdə otel sənayesinə təsir etməyəcəyi düşünülürdü. Ucuz səyahət yollarını axtaran və Couchsurfing ya da Workaway kimi alternativ qonaqlama yöntəmlərini tərcih edən kütlənin xaricinə çıxmayacağı ön görülən Airbnb son illərdə göstərdiyi uğurlarla bu öngörünü boşa çıxardı.  Airbnb ilə bağlı bəzi statistikalar 2008 ci ildə bəsit girişim olaraq ortaya çıxan,   2017 ci il statist...

Restoran sahəsində CRM

Restoran sahəsində CRM (Customer relationship management) Bugünlərdə CRM çox yüksək sürətlə inkişaf eləməyə başlayır. Hər kəs CRM-nin nə olduğunu və nə edə biləcəyini dəqiq şəkildə anlamağa çalışır. Bacarıqlarını və potensialını tam dərk etməyə çalışır. Ancaq hər kəs işin korporativ tərəfini müzakirə edir. Bununla birlikdə, istifadəçi tərəfində CRM-i anlamaq və izah etmək məlumat, statistika və təhlildən daha asandır. CRM bəlkə də insanların tək bir xüsusiyyətini aşmağa çal ışır: “Qavrayışda seçmə”. Həyatımız boyu demək olar ki, hər hansı bir əlaqə vasitəsi ilə çox sayda reklam, kampaniya, təklif və elanlara məruz qalırıq. Nəticədə bu mesajlara immunitetimiz yaranır. Özünüzü düşünün; Elektron poçtunuzda aldığınız reklam mesajlarının neçəsi açılır və oxunur? Gələn SMS-lər haqqında? Televiziya və ya radioda neçə reklamı diqqətlə dinləyir və ya izləyirsiniz? Bizi maraqlandırmayan şeylərə əhəmiyyət vermirik. Qulaq asmırıq. oxumuruq. Heç vaxt almağı düşünməmiş bi...

Texniki Şöbə Prosedurları

Texniki Şöbə Prosedurları   Satınalma proseduru; Müvafiq mal və materialın sifariş üçün Technical Office İşçisi qeydlərini apararaq hansı Texniki hissəyə mal və materialın lazım olduğunu aydınlaşdırdıqdan sonra Technical Manager ilə razılaşdırır. MC üzərindən bütün mal və materiallar sifariş olunur. Əgər tələb olunan mal və materialın adı program üzərində yoxdursa, aidiyyatı şöbə tərəfindən yeni ad sistemə daxil edilir. Sifariş edildikdən sonra Satınalmaçı tərəfində bazar araşdırması aparılır və qiymət razılaşdırılması həyata keçirilir. General Manager in təsdiqi ilə satınalma həyata keçirilir. Alınmış mal və materialın qəbulu Anbar tərəfindən həyata keçirilir. Texniki şöbə əməkdaşlarının iştirakı ilə alınmış mal və materialın keyfiyyət dərəcəsi qiymətləndirilir. Əgər alınmış mal və material tam şəkildə uyğun gəlirsə, Technical Offise İşçisi tərəfində Anbar a tələb forması açılaraq mal və materiallar Texniki Şöbə anbarına çəkilir və artıq Texniki şöbənin səlahiyyətləri və məsuliyyə...