Skip to main content

HOTREC

 HOTREC 


✦ HOTREC, Avropadakı otel, restoran və kafelərin çətir birliyidir.
*Çətir birliyi bir qurumun digər onun çətirində toplanan qurumlara təşkilat adından şəxsiyyət verilmə formasıdır.
✦ HOTREC, Avropadakı qonaqpərvərlik sənayesinin (otellər, restoranlar, kafelər və bənzər müəssisələr) səsidir.

✦ HOTREC AB (Avropa Birliyi) qurumları qarşısında otel, restoran, kafe və oxşar müəssisələrin marağını təmsil edir.

✦ Bu, Avropa daxilində 33 ölkədəki qonaqpərvərlik sektorunu təmsil edən 45 milli dərnəyi(asosasiyanı) özündə birləşdirir .
Üzvlük 3 katoqoriyaya bölünür.
1. Avropa İttifaqına üzv olan ölkələr üçün – Tam üzvlük
2. Avropa İqtidadı Birliyinə (EEA) üzv olan ölkələr üçün –
Ortaq (asosativ) üzvlük
3.Gələcəkdə Avropa Birliyinə üzv olma ehtimalı olan ölkələrin asosasiyaları üçün - Müşahidəçi üzvlük
✦ HOTREC 1979 cu ildə qurulub.
✦ HOTREC-in missiyası qonaqpərvərlik müəssisələrinin Avropa qurumlarının qarşısında maraqlarını təbliğ etməkdir.
✦ HOTREC, mehmanxanalar, restoranlar və kafelərin rəqabətqabiliyyətli olmasına və buna görə Avropa iqtisadiyyatına daha çox iş yeri və böyümə təmin etməsinə imkan verən əlverişli tənzimləmə mühitinə nail olmağı hədəfləyir.
✦ HOTREC katibliyi (Brüseldə yerləşir) qonaqlama sənayəsi üstündə təsiri olan və Avropa Birliyinin çıxarlarını və narahatlıqlarını Avropa Birliyinin qərar vericilərinə gətirən bütün Avropa Birliyi politikalarını hər zaman izləyir.
✦ Qonaqpərvərlik və turizm sənayesinin nümayəndələri olaraq HOTREC, sektorların maraqlarına təsir edə biləcək bir çox siyasət məsələləri daim izləyir.


Bura daxildir:
• Turizm siyasəti
• Müəllif hüquqları
• Rəqəmsal məsələlər
• sosial məsələlər və sosial dialoq məsələləri
• Alkoqol siyasətləri
• Qida siyasəti (qida etiketlənməsi, qida gigiyenası)
• Səhiyyə ilə əlaqəli məsələlər (Alkoqol, siqaret)
• Davamlılıq
• Vergi
• Otel təsnifatı
• Daxili bazar
• Müsabiqə
• Sağlamlıq problemləri
• Ödəniş kartları
• Əlçatanlıq
• Məlumatın qorunması
• Yanğın təhlükəsizliyi
• Viza siyasəti
• İstehlak məsələləri və s



✦ HOTREC Avropa təsisatları ilə daimi əlaqədədir: Komissiya, Parlament, Şura
✦ HOTREC, siyasətçilərin sektorun maraqlarını / narahatlıqlarını nəzərə ala bilməsi üçün və qonaqpərvərlik sənayesinin vizyonunu ortaya qoymaq üçün Komissiya və Parlament nümayəndələri ilə tez-tez görüşür;
✦ HOTREC daxili təşkilat kimi:
Brüsseldəki HOTREC Katibliyi: 6 nəfərdən ibarətdir.
İcraiyyə Komitəsi: 9 nəfərdir
✦ HOTREC hər il 2 Baş Assambleya təşkil edir: Baş Assambleyalar qonaqpərvərlik problemləri ilə əlaqəli bütün mövzuların müzakirəsi üçün bir platformadır. Assambleyalarda iştirak edən üzvlər mövcud problemlərlə bağlı narahatlıqlarını irəli sürmək imkanına malikdirlər.
✦ HOTREC daxili qruplarla işləyir:


• Keyfiyyət Şurası

• Müəllif hüquqları

• Ust Davamlılıq

• Rəqəmsal məsələlər

• gecə həyatı müəssisələri və s.


✦ HOTREC ayrıca müxtəlif dialoqların və şəbəkələrin bir hissəsidir, məsələn:


• NET kimi çətir təşkilatlarının daxilində əməkdaşlıq: Turizm üzrə Avropa özəl sektorunun şəbəkəsi; Qida İttifaqı və s.

• BUSINESSEUROPE, Eurocommerce və s. kimi üfüqi təşkilatlarla əməkdaşlıq / görüşlər

• Xüsusi təcrübəsi olan dərnəklərlə əməkdaşlıq: Avropa pivəçiləri

• Beynəlxalq təşkilatlarla əməkdaşlıq: UNWTO, ISO

• Standartlaşdırma orqanları: CEN, ISO

★ HOTREC and Azerbaijan Hotels Association




Azərbaycan Otellər Assosasiyası 16 may 2019 cu il də Helsinkidə keçirilən 78-ci Baş Assambleyada yeni üzv kimi qəbul olunmuşdur. (Müşahidəçi Status).
AHA, Sənayeni təmsil edən, beynəlxalq standartların tətbiqini təşviq edən və rəhbərlik edən, keyfiyyəti artırmaq və qonaqpərvərlik sənayesində ədalətli rəqabət qabiliyyətini təmin etmək üçün ən yaxşı beynəlxalq və yerli təcrübələri otellər arasında bölüşdürən bir qurumdur .
Status: Non-Governmental Organization
Quruluş tarixi: 4 dekabr 2018 ci il.(Birinci baş asembliyeya uyğun olaraq)

Comments

Popular posts from this blog

Airbnb-nin yüksəlişi və otelçiliyin gələcəyi

 Airbnb-nin y üksəlişi və otelçiliyin gələcəyi Son 20 ildə internet aləmində başverən irəlləyişin ən çox təsir etdiyi sektorlardan birisi, heç şüphəsiz, turizm sektoru oldu. İnkişaf edən texnologiyalar, mobil cihazların inkişafı və insanların daha çox səyahət etməyə başlaması, sektorda yenilikçi həllərin artmasına yol açdı. Bu yeni həllərin biri də Airbnb idi. İnternet saytı üzərindən sistemə qeyd olan istifadəçilərin, evlərini və ya evlərinin otaqlarını kirayə edə bildiyi Airbnb nin gündən-gübə inkişaf edir. Texniki olaraq,otel rezervasyonu etməkdən fərqi olmayan sistemin, ilk əvvələrdə otel sənayesinə təsir etməyəcəyi düşünülürdü. Ucuz səyahət yollarını axtaran və Couchsurfing ya da Workaway kimi alternativ qonaqlama yöntəmlərini tərcih edən kütlənin xaricinə çıxmayacağı ön görülən Airbnb son illərdə göstərdiyi uğurlarla bu öngörünü boşa çıxardı.  Airbnb ilə bağlı bəzi statistikalar 2008 ci ildə bəsit girişim olaraq ortaya çıxan,   2017 ci il statist...

Restoran sahəsində CRM

Restoran sahəsində CRM (Customer relationship management) Bugünlərdə CRM çox yüksək sürətlə inkişaf eləməyə başlayır. Hər kəs CRM-nin nə olduğunu və nə edə biləcəyini dəqiq şəkildə anlamağa çalışır. Bacarıqlarını və potensialını tam dərk etməyə çalışır. Ancaq hər kəs işin korporativ tərəfini müzakirə edir. Bununla birlikdə, istifadəçi tərəfində CRM-i anlamaq və izah etmək məlumat, statistika və təhlildən daha asandır. CRM bəlkə də insanların tək bir xüsusiyyətini aşmağa çal ışır: “Qavrayışda seçmə”. Həyatımız boyu demək olar ki, hər hansı bir əlaqə vasitəsi ilə çox sayda reklam, kampaniya, təklif və elanlara məruz qalırıq. Nəticədə bu mesajlara immunitetimiz yaranır. Özünüzü düşünün; Elektron poçtunuzda aldığınız reklam mesajlarının neçəsi açılır və oxunur? Gələn SMS-lər haqqında? Televiziya və ya radioda neçə reklamı diqqətlə dinləyir və ya izləyirsiniz? Bizi maraqlandırmayan şeylərə əhəmiyyət vermirik. Qulaq asmırıq. oxumuruq. Heç vaxt almağı düşünməmiş bi...

Texniki Şöbə Prosedurları

Texniki Şöbə Prosedurları   Satınalma proseduru; Müvafiq mal və materialın sifariş üçün Technical Office İşçisi qeydlərini apararaq hansı Texniki hissəyə mal və materialın lazım olduğunu aydınlaşdırdıqdan sonra Technical Manager ilə razılaşdırır. MC üzərindən bütün mal və materiallar sifariş olunur. Əgər tələb olunan mal və materialın adı program üzərində yoxdursa, aidiyyatı şöbə tərəfindən yeni ad sistemə daxil edilir. Sifariş edildikdən sonra Satınalmaçı tərəfində bazar araşdırması aparılır və qiymət razılaşdırılması həyata keçirilir. General Manager in təsdiqi ilə satınalma həyata keçirilir. Alınmış mal və materialın qəbulu Anbar tərəfindən həyata keçirilir. Texniki şöbə əməkdaşlarının iştirakı ilə alınmış mal və materialın keyfiyyət dərəcəsi qiymətləndirilir. Əgər alınmış mal və material tam şəkildə uyğun gəlirsə, Technical Offise İşçisi tərəfində Anbar a tələb forması açılaraq mal və materiallar Texniki Şöbə anbarına çəkilir və artıq Texniki şöbənin səlahiyyətləri və məsuliyyə...