Ingilis (English-Buttler) Servis
★ Bölmə: Food and Beverage
Ingilis (English-Buttler) Servis: Russian və family servislərinin qarışımıdır. Xarakteristik özəlliyi,ümumi servis xidmətlərindən başqa;ətlərin kəsilib porsionlaşması, balıqların təmizlənməsi, salatların hazırlanması ,bəzi yeməklərin Waiter tərəfindən pişirilməsi və alovlandırılması kimi çalışmalardır. Bütün bu işlər yemək salonunda və qonaqların gözləri önündə edilir. Yeməklər və digər əçyalar servis arabasıyıa və ya təpsiylə salona gətirilir. Qonaq masasının yanında kiçik bir servis masası (geridon) üstünə yerləşdirilir. Burada lazımlı olan işləri etdikdən sonra boşqablara qoyularaq qonaqlara servis edilir.Şorbalar kasa içində ,kepçesiylə birlikdə servis arabası və ya masasının sağ tərəfinə ,isti şorba boşqabları da sol tərəfə yerləşdirilir. Waiter(Waiters) sol əlinə aldığı şorba boşqabını doldurub köməkçisinə verir. O da sira ilə masada oturan qonaqlara sağ tərəflərindən servis edir. Son servisi şef özü edərək boşalan şorba kasasını qabyumaya göndərir.Yemək servis qabları isə, servis masasının sol tərəfinə qoyulur. Yeməyə aid qarnitürlər və soslar masanın bir az irəlisinə düzülür. İsti boşqablar isə sağ tərəfə qoyulur. Servis sırasında soyumaması üçün servis qabları reşö (altında yanan şamlar olan fiqur) üzərinə qoyula bilər. Waiter ,servis masasının öz tərəfində boş buraxdığı yerə bir yemək boşqabı alıb,üstünə bir porsiyon yeməyi yerləşdirir. Köməkçisi ilk boşqabı servis edərkən waiter ikinci boşqabı hazır edər.Bütün qonaqlara sırası ilə servis edilir. Son boşqabı yenə şef özü servis edər.
☆ Diqqət ediləcək nöqtələr bunlardır:
► Yemək mətbəxdən çox isti çıxmalı və dərhal salona aparılmalıdır.
► Xidmət zamanı yemək reşo üzərinə qoyulmalıdır.
► Kəsmə və təmizlik tez və gözə xoş görünəcək şəkildə aparılmalıdır.
► Xidmətdə isti boşqablardan istifadə edilməlidir və onlar reşo üzərinə qoyulmalıdır.
► Yemək qoyarkən boşqabların kənarları çirklənməməlidir.
► Ət boşqabdakı emblemə rast gəlməlidir və qarnirlər rənglərinə görə yüngüllüklə uyğunlaşdırılmalıdır.
► Axan souslar ətin üzəinə, digərləri isə sol tərəfə qoyulmalıdır.
► İkinci verilən yeməkdə reşo üzərində isti tutulmalıdır.

Comments
Post a Comment