Səhər yeməyi çoxunluqla 7.00 / 7.30 ilə 10.00 / 10.30 arasında; çoxunluqla lounge salonunda servis edilir ancaq yay aylarında baxçada və ya terrasta da servis edilə bilər. Həmçinin,müştəri istərsə otağında da servis edilə bilər.
★ Continental Breakfast
Müxtəlif səhər yeməyi növləri olsa da ən çox yayılmış olanı Kontinental və İngilis səhər yeməkləridir.
Kontinental səhər yeməyi, İtalyan və Fransız xalqının tipik səhər yeməyidir. Bəsit, sürətli və xəfif.
Bu səhər yeməyi növü - un məmulatları və bişmiş məhsullar ,tost və qəhvədən ibarət olan yüngül səhər yeməyidir.
Çoxunluqla qonaqların masasında servis edilir, ancaq qonaqların özlərinə köməkçi ola bilmələri üçün meyvə suları , taxıl məhsulları və digər klassik məhsulların sərgiləndiyi açıq bufet səhər yeməyidə olaraq göstərilə bilər.
Çoxunluqla qonaqların masasında servis edilir, ancaq qonaqların özlərinə köməkçi ola bilmələri üçün meyvə suları , taxıl məhsulları və digər klassik məhsulların sərgiləndiyi açıq bufet səhər yeməyidə olaraq göstərilə bilər.
Bu cür səhər yeməklərində çoxunluqla aşağıdakı içkilər servis edilir.(isti və soyuq)
• Müxtəlif qəhvə növləri:”Macchiato’’,kafeinsiz zəif qoxulu qəhvə , tünd qəhvə , arpa qəhvəsi , Amerikan qəhvəsi və ya İtalyan expresso qəhvəsi
• İsti və ya soyuq süd ,cappuccino , isti şokalad , kafelat
★ İngilis səhər yeməyi (English Breakfast)
Yeməklərin çeşidlərinin çox bol olduğu üçün dünyada məhşurdur. Bu cür səhər yeməyi qonağa şirin və ləzzətli seçim etmək imkanı verir.
Kurslara bölünür:
1. Başlanğıclar (Starters)
2.Əsas yeməklər (əsas yemək adətən isti bir yeməklərdən təşkil olunur).(Main Course)
Başlanğıc ola bilər:
• Qarğıdalı unundan hazırlanmış məhsullar (Cornflakes)
• Weetabix (Yulaf hazırlanmış məhsullar)
• Düyü xırtıldayanları (Rice crispies)
Səhər yeməyi üçün içkilər aşağıdakılardır:
• çay (adətən İngilis səhər yeməyi çayı)
• meyvə suları
• süd
• qəhvə
Əlavə olaraq:
• donuz tikəsi (Bacon)
• kolbasa və sosiska
• yumurta (qızardılmış, qovrulmuş, omlet və ya bişmiş)
• adətən pomidor sousunda bişmiş lobya
• kabab edilmiş pomidor və göbələk
adətən səhər yeməyi üçün əsas yemək kimi istifadə edilir.
*Milli otellərdə bəzən o ölkəyə xas məmulatlarda səhər yeməyinə daxil edilə bilər.
İngilis səhəryinə daxil olan şirniyyatlar.
• Qızardılmış çörək və digər çörək növləri
• Marmalad və mürəbbə növləri
• Kek novləri (Pancake, cheesecake)
• Muffins, puddings və s.


Comments
Post a Comment