Skip to main content

Catering and Buffet Service

 Catering (Keytrinq)
✦ Keytrinq nədir?
CATERİNG sözünün tam qarşılığı yemək tədarük edən mənasını verir ancaq indiki vaxtda kütləvi yemək istehsalı və toplu yemək xidməti təqdim edən firmalara verilən addır. İş yerlərində, məktəblərdə, xəstəxanalarda toplu yemək xidməti tələb olunur və yeməyini ucuz və keyfiyyətli almaq istəyənlər üstünlüklərini kütləvi yeməklə seçirlər. Kütləvi yemək bu gün daha praktik və

iqtisadi qida həllidir. İctimai iaşə toplantılarında, toylarda, nişanlarda, doğum günlərində, dəvətnamələrdə və müxtəlif təşkilatlarda ictimai iaşə qida problemini kollektiv şəkildə həll etmək üçün praktik bir yol olaraq göstərilir. Xüsusilə də indiki vaxtda insanlar pullarını, zamanlarını yaxşı qiymətləndirməyin tərəfdarıdırlar və toplu yemək də bunu daha çox əhəmiyyətli bir hala gətirir.
✦ Keytrinq şirkətlərinin işləmə qaydası:
Misal üçün: Siz hər hansısa tədbir keçirtmək fikrindəsiz və bu tədbir zamanı lunch yada dinner verəcəksiz. Qonaq sayı çox və qidanın alınması, hazırlanması və bişirilməsi uzun vaxt çəkə və yaxud otelin sizə yeməklər üçün təklif etdiyi qiymət baha ola bilər. Bu zaman həll olaraq keytrinq şirkətlərə müraciət edirsiz və menyu ilə adam sayını onlara bildirirsiz. Onlar isə konfrans günü bütün yeməkləri gətirir, insanlara yeməkləri servis edir və sonda sizdən işə uyğun müəyyən miqdarda xidmət haqqı alırlar.

Buffet Service
Bu servis növündə mətbəxdə hazırlanan yeməklər və digər maddələr bufet masalarının üzərinə yerləşdirilir.Müştərilər bufet boyunca hərəkət edirlər. Bufetin başında təmiz servis boşqabları, çəngəl-qaşıq-bıçaq dəstləri yerləşir.Müştərilər ilk öncə boşqabları alırlar və büfet boyunca irəliləyərək istədikləri yeməkdən seçim edirlər. Buna uyğun olaraqda servis personalları da bufetə qoyduqları yeməkləri düzgün ardıcıllıqla düzməlidirlər. İlk öncə iştah açanlar (soyuq və isti) daha sonra ana yeməklər bufetə yerləşdirilir.İsti qalmalı olan yeməklər xüsusi altdan qızmalı qablarda saxlanılır, salat və desertlər ayrı bölmədə yerləşdirilir. Bufet servisdə işçilər əsas içki servisindən və kirli qabların yığışdırılmasından məsuldurlar. Səhər yeməyi bufetlərində işçilər çay, qəhvə, süd axşam yeməklərində isə, əsas alkoqollu içkilərin servisindən məsuldurlar.

Comments

Popular posts from this blog

Airbnb-nin yüksəlişi və otelçiliyin gələcəyi

 Airbnb-nin y üksəlişi və otelçiliyin gələcəyi Son 20 ildə internet aləmində başverən irəlləyişin ən çox təsir etdiyi sektorlardan birisi, heç şüphəsiz, turizm sektoru oldu. İnkişaf edən texnologiyalar, mobil cihazların inkişafı və insanların daha çox səyahət etməyə başlaması, sektorda yenilikçi həllərin artmasına yol açdı. Bu yeni həllərin biri də Airbnb idi. İnternet saytı üzərindən sistemə qeyd olan istifadəçilərin, evlərini və ya evlərinin otaqlarını kirayə edə bildiyi Airbnb nin gündən-gübə inkişaf edir. Texniki olaraq,otel rezervasyonu etməkdən fərqi olmayan sistemin, ilk əvvələrdə otel sənayesinə təsir etməyəcəyi düşünülürdü. Ucuz səyahət yollarını axtaran və Couchsurfing ya da Workaway kimi alternativ qonaqlama yöntəmlərini tərcih edən kütlənin xaricinə çıxmayacağı ön görülən Airbnb son illərdə göstərdiyi uğurlarla bu öngörünü boşa çıxardı.  Airbnb ilə bağlı bəzi statistikalar 2008 ci ildə bəsit girişim olaraq ortaya çıxan,   2017 ci il statist...

Restoran sahəsində CRM

Restoran sahəsində CRM (Customer relationship management) Bugünlərdə CRM çox yüksək sürətlə inkişaf eləməyə başlayır. Hər kəs CRM-nin nə olduğunu və nə edə biləcəyini dəqiq şəkildə anlamağa çalışır. Bacarıqlarını və potensialını tam dərk etməyə çalışır. Ancaq hər kəs işin korporativ tərəfini müzakirə edir. Bununla birlikdə, istifadəçi tərəfində CRM-i anlamaq və izah etmək məlumat, statistika və təhlildən daha asandır. CRM bəlkə də insanların tək bir xüsusiyyətini aşmağa çal ışır: “Qavrayışda seçmə”. Həyatımız boyu demək olar ki, hər hansı bir əlaqə vasitəsi ilə çox sayda reklam, kampaniya, təklif və elanlara məruz qalırıq. Nəticədə bu mesajlara immunitetimiz yaranır. Özünüzü düşünün; Elektron poçtunuzda aldığınız reklam mesajlarının neçəsi açılır və oxunur? Gələn SMS-lər haqqında? Televiziya və ya radioda neçə reklamı diqqətlə dinləyir və ya izləyirsiniz? Bizi maraqlandırmayan şeylərə əhəmiyyət vermirik. Qulaq asmırıq. oxumuruq. Heç vaxt almağı düşünməmiş bi...

Texniki Şöbə Prosedurları

Texniki Şöbə Prosedurları   Satınalma proseduru; Müvafiq mal və materialın sifariş üçün Technical Office İşçisi qeydlərini apararaq hansı Texniki hissəyə mal və materialın lazım olduğunu aydınlaşdırdıqdan sonra Technical Manager ilə razılaşdırır. MC üzərindən bütün mal və materiallar sifariş olunur. Əgər tələb olunan mal və materialın adı program üzərində yoxdursa, aidiyyatı şöbə tərəfindən yeni ad sistemə daxil edilir. Sifariş edildikdən sonra Satınalmaçı tərəfində bazar araşdırması aparılır və qiymət razılaşdırılması həyata keçirilir. General Manager in təsdiqi ilə satınalma həyata keçirilir. Alınmış mal və materialın qəbulu Anbar tərəfindən həyata keçirilir. Texniki şöbə əməkdaşlarının iştirakı ilə alınmış mal və materialın keyfiyyət dərəcəsi qiymətləndirilir. Əgər alınmış mal və material tam şəkildə uyğun gəlirsə, Technical Offise İşçisi tərəfində Anbar a tələb forması açılaraq mal və materiallar Texniki Şöbə anbarına çəkilir və artıq Texniki şöbənin səlahiyyətləri və məsuliyyə...