American Bar
★Bölmə: Food and Beverage
Qonaqlama işlətmələrində yer alan barlar və barlarda servis edilən içkilər,qonaqlama işlətməsinin yerinə,xüsusiyyətinə və böyüklüyünə görə dəyişiklik göstərir.Şəhər mərkərzlərində yer alan qonaqlama işlətmələrində Lobby Bar önəmli bir yer tutarkən , resort otellçiliyində də hovuz bar (pool bar) ən hərəkətli və çox işlək barlar arasında yer alır.
Digər tərəfdən lobby barda alkaqollu və alkoqolsuz bütün içkilər(Mixed Service) servis edilərkən, Fitness Center də yer alan bir barda alkoqolsuz içəcəklər,təzə və yeni sıxılmış meyvə suları və bulardan hazırlanmış içkilər servis edilir.
Digər tərəfdən lobby barda alkaqollu və alkoqolsuz bütün içkilər(Mixed Service) servis edilərkən, Fitness Center də yer alan bir barda alkoqolsuz içəcəklər,təzə və yeni sıxılmış meyvə suları və bulardan hazırlanmış içkilər servis edilir.
Ümumikəşdirsək bar çeşidləri aşağıdakı kimidir.
►American Bar
►Snack Bar
►Restoran Bar
►Lobby Bar
►Dans Bar (Beach Bar)
►Vitamin Bar
►Milk Bar
►Disco Bar
Dönək əsas mövzumuza American Bar sisteminə,
American Bar, Amerikada ilk dəfə qurulan və tədricən tarixi inkişaf mərhələləri keçmiş , indiki vəziyyətinə çatmış və Amerikadan bütün dünyaya yayılmış klassik bir bar növüdür. Bu bar növü-bar dəzgahı,içki rəfləri və bar önündə oturma stullarından ibarətdir.Bura gələn qonaqlar bar dəzgahı önündə yerləşən stullarda oturaraq, barmen tərəfindən hazırlanan içkilərdən içərək, xoşca barmenlə söhbət edərək asudə vaxt keçirirlər.American tipli barlarda Barmen hər zaman qonaqların qarşısında olduğundan barı hər zaman təmiz tutmalı ,içki hazırlarkən sürətli və diqqətli olmalıdır. American Barlarda alkoqollu və alkoqolsuz içkilər çox çeşidli olmalıdır və Bar kartda göstərilən bütün içkilər barmen tərəfindən hazırlanma qaydaları dəqiq bilinməli və hər zaman içkilər eyni standartda olmalıdır. Bu bar tipləri ilk dəfə Amerikada yarandığından dünya Bar sisteminə də American Bar termini kimi daxil olmuşdur.

Comments
Post a Comment