Skip to main content

5 əsas yüksək spirtli içki (Vodka,Gin, Rum, Whiskey, Tequila)

 Vodka 
Vodkanın tarixi Polşada 8 ci əsrə Rusiyada isə 15-ci əsrədək uzanmaqdadır. Bu içki çoxunluqla qarğıdalı, buğda və çovdar kimi bitkilərin dənələrindən hazırlanır və rəngsiz içkidir.Vodka aroma ,dad və rəng almaması üçün müəyyən bir filtirasiya sistemindən keçirilir və damcılama üsulu ilə alınır. Vodka çoxunluqla 40-50 faiz spirt dərəcəsində olur (80-100 proof.)
Gin (Cin)
Cin adını ardıc ağacının noxud böyüklüyündəki meyvələrindən alır.Cin ardıc kirazları hububatlar ( qarğıdalı) müxtəlif bitkilər və spirtdən distillə üsuluyla əldə edilir.Bu içkinin ilk edildiyi məmləkət Hollandiyadır.17 ci əsrin ortalarında müalicə məqsədi ilə yaradılmış sonra içkiyə çevrilmişdir.Hollandiyanın əksinə bu içki İngiltərədə məhşurlaşmışdır və ən çox da dünyaya burdan yayılmışdır.
Cin Çeşidləri
A-) LONDON DRY CİN
İngilislər tərəfindən yayılan bir cin üslubudur və tərkibində şəkərin az olması bu cinin ən böyük xüsusiyyətləri arasındadır.
B -) PLYMOUTH GIN
Yalnız İngiltərənin Plimut şəhərində hazırlanmış cin üslubudur.
C-) Old TOM GIN
Çox nadir növ cin, şirinləşdirilmiş cin növüdür.
Cin spirt miqdarı həcmdə 40-47% arasındadır
Əsas Gin növləri
• Beefetar
• Bombay
• TANQUERAY
• GORDON’S (Dünyanın ən çox satılan DRY Gin-i)
Rom (Rum)
Rom, xam maddəsi şəkər qamışı olan yüksək spirtli damıtma bir içkidir. Ümumiyyətlə Mərkəzi Amerika, Latın Amerikası və Karib adalarında istehsal olunan Rom, həmçinin "Piratlar içkisi" olaraq da bilinir.
Rom (Rum) sözünün bölgənin yerli dilindəki "səs-küy, idarəolunmaz" mənasını verən Rumbillion sözündən götürüldüyü deyilir.
Rom növləri hansılardır?
Bazarda bir çox müxtəlif növ rom var. Lakin viskinin olduğu kimi Single Malt, Blended, Malt Blended, Bourbon kimi anlayışlarla qarşı-qarşıya deyilik. Rumlar adətən yetişmə illərinə görə bölünürlər.
Ümumi olaraq Romları 3 əsas növə bölünürlər.
✦ White (Silver, Light): 1 il ətafında yetkinləşdirilən, rəngsiz və düz dadlara sahib rumlardır. Daha çox kokteyllərdə istifadə olunur.
✦ Gold: 1 ildən daha uzun müddət çəlləkdə zaman keçirən, White romlara görə daha kompleks dadlara sahib rumlardır. Onlar da həmçinin tez-tez kokteyllərdə də istifadə olunur.
✦ Dark (Black): 3 ilə 8 il arası və ya daha çox çəlləklərdə yıllandırılan kompleks dadlara sahib, tünd rəngli romlardır. Bu kateqoriyalar üçün, Rum dünyasında single Matlar ya da yaşlı harman viskiləri deyə bilərik.
Buna xaricində Premium Aged, Navy və Spiced kimi fərqli növlərdə də rumlar da görmək mümkündür.
Dünyada ən çox tanınan Rum növləri:
• Angostura Rum (Trinidad ve Tobago)
• Appleton Estate (Jamaika)
• Bacardi (Porto Riko)
• Captain Morgan (Porto Riko)
• Diplomático (Venezuela)
• El Dorado (Guyana)
• Havana Club (Küba)
• Mount Gay Rum (Barbados)
• Ron Barceló (Dominik)
• Ron Zacapa (Guatemala)
• Tanduay (Filipinler)

*Rum və viskini içmək üçün hər hansısa bir standart yoxdur, necə istəsəz elə də içə bilərsiz.

Whiskey (viski)

Viski əslində distillə edilmiş bir pivə formasıdır. Xammal pivəsini damıtdırsan və sonra palıd barelə qoysan, viski alacaqsan.
İstehsal xammalı olaraq onu 2-yə bölmək düzgün olardı. Qarğıdalı ilə hazırlanmış (Amerikada hazırlananların böyük əksəriyyəti) və taxıl ilə hazırlanmış. Qarğıdalı ilə hazırlananlara Bourbon deyilir. Bourbon olmaq üçün onun xammalının ən azı 51% -i qarğıdalı olmalıdır. Ən yaxşı bilinən marka Jack Danielsdir. Taxıldan hazırlananlar bir çox müxtəlif çeşiddə ola bilər.
Bəs Şotland viskisi nədir?,yalnız Şotlandiyanın hüdudlarında istehsal olunan bir viski növüdür. Buna görə eyni maddəni, eyni suyu, eyni üsulu istifadə edin, əgər Şotlandiyada istehsal olunursa, skotch başqa bir ölkədə istehsal olunarsa yalnız viski olur. Əsas viski istehsal edən ölkələr Şotlandiya, İrlandiya, Amerika, Kanadadır. Bundan başqa, bu gün populyarlaşan Yapon viskisini də görmək mümkündür.
Ancaq ən çox viskinin harada istehsal olunduğunu soruşsanız, cavab olduqca maraqlıdır. Hindistan ən çox viski istehsal olunduğu yerdir, ancaq keyfiyyətli bir viski olmadığı üçün yalnız daxili bazarda istehlak olunur.
Whiskyi palıd bareldə saxlamaqla edilir. Bu bareldən rənginin bir hissəsini alır. Kəhrəba rəng verən əsas tərkib hissəsi rəng üçün əlavə edilən karameldir. Əks təqdirdə, barelə qoyulan və istirahətdə saxlanılan maye çox açıq sarı rəngə çevrilir.Viski nə qədər bareldə çox saxlanarsa bir o qədər daha içilməli hal alır və bu səbəblə viski butulkalarının üzərində onun neçə illik olduğunu görə bilərsiz. Viski bareldə qaldığı hər ildə 2 faizini itirir. 50 litr doldurulmuş viski çəlləyi 25 il sonra 25 litr olaraq qarşınıza çıxar.
Yaxşı whisky nə ilə qarışdırılır? əslində heç bir şeylə qarışdırılmır. Xüsusilə, malt viski buzla doldurulmamalıdır. Əslində yaxşı bir malt viski içmək istəsəniz, viskini deyil, ətrafı sərinlədin.
Sərtliyini azaltmaq üçün buz və ya bir miqdar su yada mədən suyu ilə içilə bilər. Amma viski kola və ya enerji içkiləri ilə içilməsi düzgün deyil. Bu içkilər viskinin dadını qaçırır.
Viski çərəzlərlə içilə bilər və şokaladla içilməsi yalnız Türkiyə və Azərbaycanda məhşurdur.

Tequila (Tekila)


Tekila, Blue Agave adlı kaktusdan (Bir növ bəzək bitkisi, Agave'nin yetkinləşməsi 8-12 il arası çəkir) edilən,% 40-45 nisbətində spirt ehtiva edən, Meksikanın Tequila qəsəbəsi ətrafında bəhs edilən kaktuslardan əldə edilən su püresinin distilasyonu nəticəsində çıxarılan ekşimsi və acı bir içkidir. Agave fermentləşdirildikdə və geri çəkildikdə Tequilla Pulque Mescal adlı içkilər meydana gəlir.
Blanca və Anejo olaraq iki qrupa ayrılır. Dünyada ən çox Anejoya (Sarı Tequila) üstünlük verilir. Kokteyl hazırlayarkən isə ən çox Blanca (Ağ Tequila) üstünlük verilir. Azərbaycanda ən çox istifadə olunan Tekila markaları Olmeca və Sierra-dır.
Tekila içmə tərzləri
Tekila içməsi həqiqətən çətin və eyni zamanda çox zövqlü bir əyləncədir. İçimi çox diqqət tələb edir. Tequila içmədən əvvəl yaxşıca soyudulmalı və sonra əvvəlcədən soyudulmuş tekila stəkanına tökülməlidir. Aşağıdakı ən məşhur və populyar tekila içmə üsulları ilə tanış ola bilərsiz;
Tekila stəkanının ağız qismi duz ilə qaplandıqdan sonra istəyə bağlı olaraq bir limon dilimi ilə də stəkan bəzədilə bilər və ya bir qab içində təqdim edilə bilər. Bir qurtum alındıqdan sonra əgər stəkanın kənarına duz əlavə olunmursa əlin baş barmağı və işarə barmağı arasına qoyulan duz sorulur. Şüşənin ağzında duz yoxdursa və əlindən duz yalamağı sevmirsinizsə, bir parça limon duza isladılır və sovrulur. Hər qurtum belə davam edir.
Digər bir üsul Tequila Slammerdir. Shot stəkanından daha böyük bir viski stəkanına bir ölçək tekila və bir ölçək də tonik qoyulur. Şüşə əl ilə bağlandıqdan sonar masaya vuraraq köpükləndirilir. Tonik əlavə olunduğundan, limon və duz tələb olunmur. İnsanın boğazını yandırmadığı üçün üstünlük verilən bir üsuldur. Bu tonik yerinə Sprite əlavə etməklə də edilə bilər.
İçməyə başlamadan əvvəl bir iki dənə pivə Fondip edilir. Daha sonra bir shot tekila içilir. Bir pivə və bir tekila şəklində davam edir.
Keyfiyyətsiz tekilalar mədə qıcqırmasına gətirib çıxarmaqdadır. Yarım şüşədən çox tekila ciddi yaddaş itkinlərinə, mədə bulantısına, nəfəs alarkən sinə üzərində təzyiq meydana gətirmə kimi yan təsirlərə gətirib çıxardığı da bilinməkdədir.
İndiki vaxtda satılan tekilaların spirt dərəcələri bir az salınmışdır.

Comments

Popular posts from this blog

Airbnb-nin yüksəlişi və otelçiliyin gələcəyi

 Airbnb-nin y üksəlişi və otelçiliyin gələcəyi Son 20 ildə internet aləmində başverən irəlləyişin ən çox təsir etdiyi sektorlardan birisi, heç şüphəsiz, turizm sektoru oldu. İnkişaf edən texnologiyalar, mobil cihazların inkişafı və insanların daha çox səyahət etməyə başlaması, sektorda yenilikçi həllərin artmasına yol açdı. Bu yeni həllərin biri də Airbnb idi. İnternet saytı üzərindən sistemə qeyd olan istifadəçilərin, evlərini və ya evlərinin otaqlarını kirayə edə bildiyi Airbnb nin gündən-gübə inkişaf edir. Texniki olaraq,otel rezervasyonu etməkdən fərqi olmayan sistemin, ilk əvvələrdə otel sənayesinə təsir etməyəcəyi düşünülürdü. Ucuz səyahət yollarını axtaran və Couchsurfing ya da Workaway kimi alternativ qonaqlama yöntəmlərini tərcih edən kütlənin xaricinə çıxmayacağı ön görülən Airbnb son illərdə göstərdiyi uğurlarla bu öngörünü boşa çıxardı.  Airbnb ilə bağlı bəzi statistikalar 2008 ci ildə bəsit girişim olaraq ortaya çıxan,   2017 ci il statist...

Restoran sahəsində CRM

Restoran sahəsində CRM (Customer relationship management) Bugünlərdə CRM çox yüksək sürətlə inkişaf eləməyə başlayır. Hər kəs CRM-nin nə olduğunu və nə edə biləcəyini dəqiq şəkildə anlamağa çalışır. Bacarıqlarını və potensialını tam dərk etməyə çalışır. Ancaq hər kəs işin korporativ tərəfini müzakirə edir. Bununla birlikdə, istifadəçi tərəfində CRM-i anlamaq və izah etmək məlumat, statistika və təhlildən daha asandır. CRM bəlkə də insanların tək bir xüsusiyyətini aşmağa çal ışır: “Qavrayışda seçmə”. Həyatımız boyu demək olar ki, hər hansı bir əlaqə vasitəsi ilə çox sayda reklam, kampaniya, təklif və elanlara məruz qalırıq. Nəticədə bu mesajlara immunitetimiz yaranır. Özünüzü düşünün; Elektron poçtunuzda aldığınız reklam mesajlarının neçəsi açılır və oxunur? Gələn SMS-lər haqqında? Televiziya və ya radioda neçə reklamı diqqətlə dinləyir və ya izləyirsiniz? Bizi maraqlandırmayan şeylərə əhəmiyyət vermirik. Qulaq asmırıq. oxumuruq. Heç vaxt almağı düşünməmiş bi...

Texniki Şöbə Prosedurları

Texniki Şöbə Prosedurları   Satınalma proseduru; Müvafiq mal və materialın sifariş üçün Technical Office İşçisi qeydlərini apararaq hansı Texniki hissəyə mal və materialın lazım olduğunu aydınlaşdırdıqdan sonra Technical Manager ilə razılaşdırır. MC üzərindən bütün mal və materiallar sifariş olunur. Əgər tələb olunan mal və materialın adı program üzərində yoxdursa, aidiyyatı şöbə tərəfindən yeni ad sistemə daxil edilir. Sifariş edildikdən sonra Satınalmaçı tərəfində bazar araşdırması aparılır və qiymət razılaşdırılması həyata keçirilir. General Manager in təsdiqi ilə satınalma həyata keçirilir. Alınmış mal və materialın qəbulu Anbar tərəfindən həyata keçirilir. Texniki şöbə əməkdaşlarının iştirakı ilə alınmış mal və materialın keyfiyyət dərəcəsi qiymətləndirilir. Əgər alınmış mal və material tam şəkildə uyğun gəlirsə, Technical Offise İşçisi tərəfində Anbar a tələb forması açılaraq mal və materiallar Texniki Şöbə anbarına çəkilir və artıq Texniki şöbənin səlahiyyətləri və məsuliyyə...